Rusiyadan açıqlama gəldi: "Yalnız rəsmi məlumatların diqqətə alınmasını xahiş edirik"

Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub, səfir ağır yaralanıb
Rusiyanın Ankaradakı səfirliyinə silahlı hücum olub. "Milliyet”-in verdiyi xəbərə görə, insident fotosərginin açılışı zamanı baş verib. Sərgi salonuna daxil olan naməlum silahlı şəxs səfir Andrey Karlova atəş açıb. Onun ağır vəziyyətdə xəstəxanaya çatdırıldığı bildirilir. Rusiyanın Ankaradakı səfirliyi olayla bağlı hələ ki, açıqlama verməyib.
Hücumda Ankara səfiri ilə yanaşı 3 nəfərin də yaralandığı ifadə edilir. Sui-qəsdi təşkil edən təcavüzkar polisin təşkil etdiyi əməliyyatda öldürülüb.
Hal şahidlərinə görə, salona girən silahlı bir nəfər səfirə atəş açıb. Daha sonra Rusiyanın Ankaradakı səfiri Adrey Karlov, "Ölkəmizdə bunları edə bilməzsiniz. Hər kəs çıxa bilər” dedikdən sonra vurulub.
Polis və Xüsusi Hərəkat Güclərin hücumun reallaşdığı sərgi salonunu əhatəyə alıb. Əməliyyatın baş verdiyi salon və ətrafda ard-arda silah səsləri eşidilib.
Daxili işlər naziri Süleyman Soylu hadisənin yaşandığı yerdə araşdırma aparır. Soylunun binaya daxil olduğu an əməliyyatın tamamlandığı və təcavüzkarın təsirsiz hala gətirildiyi təxmin edilir..
Rusiya Xarici İşlər Nazirliyindən hadisə ilə bağlı açıqlama gəldi. Türkiyə ilə təmasda olduqları ifadə edilən şərhdə, səfirin ağır yaralandığı təsdiqlənib. Kreml, Putinin hücumla əlaqədar inkişafları izlədiyi bildirildi.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, Ankarada rus səfirə təşkil edilən silahlı hücumla əlaqədar nazirliyin qısa müddətdə şərh verəcəyini bildirib.
Zaxarova, "Xarici işlər nazirliyi rus səfirə edilən hücumla bağlı açıqlama yayacaq. Yalnız rəsmi məlumatların diqqətə alınmasını xahiş edirik" dedi.
Kremlin spikeri Dmitri Peskov, Rusiya dövlət başçısı Vladimir Putinə Andrey Karlova hücumla bağlı Rusiya Xarici İşlər Nazirliyi və kəşfiyyat təşkilatları tərəfindən hesabat təqdim edildiyini ifadə edib.