Sabiq rusiyalı nazir korrupsiyada ittiham olunur - Həbs gözlənilir




Rusiyanın sabiq iqtsadiyyat naziri Aleksey Ulyukayev korrupsiyada ittiham olunur. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, 61 yaşlı keçmiş nazir "Rosneft" şirkətinə məxsus 2 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunur. Ona qarşı bu iddia ilə Rusiya məxfi xidmət orqanı və "Rosneft" çıxış edib. 

Xəbərdə qeyd olunur ki, məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb, ittihamlar öz təsdiqini taparsa, sabiq nazir 15 il azadlıqdan məhrum edilə bilər. 

Ayyət ƏHMƏD