Sabirabadda araşdırmalar başlandı - Qarayara xəstəliyinin törədicisi...
16:24 09.09.2019
Arxiv
382
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinlərində aşkarlanan qarayara xəstəliyinin törədicisinin mənbəyinin müəyyən olunması üçün araşdırmalara başlayıb.
Agentlikdən verilən məlumata görə, sentyabrın 9-da Səhiyyə Nazirliyindən Sabirabad rayonu Qaragüney və Həşimxanlı kənd sakinləri Muradov Yunis Möhübbət oğlu və İsgəndərov Rəvan Ülvi oğlunda qarayara xəstəliyi ehtimalı ilə bağlı daxil olan məlumat əsasında Agentliyin mütəxəssislərindən ibarət araşdırma qrupu yaradılıb. Mütəxəssislər hadisənin baş verdiyi əraziyə ezam olunub. Araşdırma qrupu tərəfindən xəstəlik törədicisinin mənbəyinin müəyyən olunması məqsədilə epidemioloji və epizootoloji araşdırmalara başlanılıb:
"Hazırda Agentliyin mütəxəssisləri tərəfindən laborator müayinələr və epidemioloji araşdırmalar, ehtimal olunan xəstəliyin törədicisinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. Araşdırmaların nəticələri məlum olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya