Şəki sakinini ilan sancıb, vəziyyəti ciddidir


Şəkidə 37 yaşlı kişini meşədə ilan sancıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, iyulun 25-dən 26-na keçən gecə rayonun Aşağı Göynük kənd sakini, 1982-ci il təvəllüdlü Amil Bayram oğlu Kərimov ilan sancması xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Tibb müəssisəsindən bildirilib ki, A.Kərimov torpaq sahəsini suvarmaq üçün istifadə edilən su arxını suyla təmin etmək üçün yaşadığı kəndin inzibati ərazisinin yaxınlığındakı meşəlik əraziyə gedərkən elə meşə ərazisində ilan onun sol ayaq pəncəsindən sancıb. A.Kərimova xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətinin ağırlığı nəzərə alınaraq müayinə və müalicəsini davam etdirməsi üçün paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya Şöbəsinə göndərilib.