“Sərnişin və yükdaşımaların qiyməti aşağı düşəcək”
22:00 03.04.2017
Arxiv
698
“İndiki şəraitdə Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin iqtisadi səmərəsindən danışmaq çox tezdir”
Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb.
Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İğdıra səfəri zamanı deyib ki, Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin hazırlanması başa çatıb: "Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan Orta Asiyaya getməsi nəzərdə tutulur.
Bu dəmir yolu Türkiyəni, Naxçıvanı, Azərbaycanı daha da gücləndirəcək, ticarətin artmasına səbəb olacaq. Rəhmətlik Heydər Əliyev "bir millət, iki dövlət” olduğumuzu bildirib. Ona görə də Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yoluna çox böyük əhəmiyyət veririk. Layihənin hazırlanması başa çatıb, növbədə layihənin icra edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparırıq”.
Uzun illərdir Naxçıvanın Ermənistan tərəfindən blokadaya alındığını vurğulayan iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, İran və Türkiyədən başqa Naxçıvanın heç bir dövlətə çıxışı yoxdur:
"Heç Azərbaycanla da quru yolu yoxdur. Naxçıvanın yarımblokada şəraitindən çıxarılması və bölgə ilə iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün bu qatar yolu layihəsini əhəmiyyətli hesab edirəm. Ən azından sərnişin və yükdaşımaların qiyməti aşağı düşəcək. Ancaq biz düşünməliyik ki, hansı istehsal sahələri qurmalıyıq ki, Türkiyəyə ixrac etməklə ondan gəlir əldə edək. Sözün açığı, indiki şəraitdə Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin iqtisadi səmərəsindən danışmaq üçün çox tezdir. Görünən odur ki, daha çox Türkiyədən Naxçıvana ixrac olunan malların sayı artacaq. Dəmir yolu ilə idxal ucuz başa gəldiyindən bu da müsbət hadisədir. Amma bizim üçün hazırda bu layihənin siyasi səmərəsi daha əhəmiyyətlidir. Naxçıvanla Türkiyə arasındakı əlaqələrin genişlənməsi bir növ dəstək xarakterli addımdır”.
N.Cəfərlinin sözlərinə görə, əsas məsələ rəqabətə davamlı məhsullar istehsal etməkdən ibarətdir. İxracat potensialımızı artırmaq və Türkiyə, eyni zamanda Türkiyə üzərindən də dünya bazarına çıxmaqla gəlir əldə etmək lazımdır. Əgər buna nail ola bilməsək, sadəcə idxal mallarının qiymətinin ucuzlaşmasını müşahidə edəcəyik.
Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan isə Orta Asiyaya getməsi məsələsinə toxunan iqtisadçı deyib ki, Naxçıvan blokadada olduğu üçün bu real görünmür: "Qatar Naxçıvandan Orta Asiyaya hansı marşrutla gedəcək? Bu layihə dediyim kimi, sadəcə gediş-gəliş və Türkiyədən idxal olunan malların qiyməti üçün sərfəli olacaq. Naxçıvanı Orta Asiya ilə birləşdirmək üçün Mehri koridorunun açılmasına nail olmalıyıq. Faktiki olaraq, Bakı ilə Naxçıvan arasında da dəmiryolu var. Ancaq bu marşrut xətti həm Mehridən, həm də işğal altında qalan ərazilərdən keçdiyinə görə, istifadəsi mümkün görünmür”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya
BDYPİ sürücülərə çağırış etdi
10:37 30.09.2026
Cəmiyyət
"Mançester Siti" 9 mövsüm qaydaları pozub - RƏSMİ
10:14 30.09.2026
Futbol
Rusiya Kiyevə hücum edib, iki nəfər ölüb
10:09 30.09.2026
Dünya