ŞOK OLAY: Bakıda Türkiyəli diplomatın 15 yaşlı qızı intihar etdi - YENİLƏNİB





Bakıda intihar edən 15 yaşlı Güllər Şəvval Türkiyənin Azərbaycandakı səfirliyində işləyən diplomatın qızı imiş. Lent.az "qafqazinfo"ya istinadən xəbər verir ki, intihar edən qızın atası Günler Arslan Azmi Türkiyənin Azərbaycandakı səfirliyində işləyir. O, səfirin gömrük işləri üzrə müşaviridir.

**
09:09

Bakıda intihar olub.
APA-nın məlumatına görə, hadisə Sarabski küçəsi ev 16, mənzil 38 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 15 yaşlı Türkiyə vətəndaşı Güllər Şəvval Umeyhan qızı özünü 10-cu mərtəbədən atıb.
İlkin məlumata görə, intihar edən qız təhsil aldığı litseydə cəzalandırılaraq 1 günlük dərsdən uzaqlaşdırılıb.

Onun bu səbəbdən intihar etdiyi bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.