Son dəqiqə: Rus səfirə 9 güllə dəyib

Karlovun bədənində 11 dəlik aşkarlanıb, 2 güllə necə olub?
Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun cəsədinin müayinə protokoluna görə, bədəninə 9 güllə dəydiyi  aydın olub.
Hadisə yerinin kamera qeydlərini araşdıran prokurorluq və təhlükəsizlik xidməti, təcavüzkarın 11 dəfə  atəş açdığını  təsbit edib. Karlovun bədənində 11 dəlik aşkarlandığı, bunlardan ikisinin giriş-çıxış ola biləcəyi bildirildi. (milliyet) Hadisənin ardından təsirsiz hala gətirilən polis Mevlüt Mərd Altıntaşın hərəkətdə istifadə etdiyi silahın NATO standartlarına aid, 9x19 qalıbara, maqazin tutumu 15+1, 18+1, 20+1 olaraq dəyişən Canik marka olduğu da müəyyənləşib.