Sosial sığınacaqlar yaxın vaxtlarda fəaliyyətə başlayacaq
14:19 21.12.2016
Arxiv
647
"Sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Lent.az-ın sorğusuna cavab olaraq deyib.
E.Babayev qeyd edib ki, əvvəlki illərin qış mövsümlərində çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda, yəni temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə Bakı şəhərinin rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar təşkil olunub.
Əvvəlki illərdə çətin hava şəraitinin müşahidə olunduğu günlərdə müvəqqəti sığınacaqların yaradılması yalnız təşəbbüs əsasında həyata keçirilib. Belə bir tədbirin təşkili Nazirliyin Əsasnaməsində, habelə müvafiq qanunvericilikdə nəzərdə tutulmadığından, 2015-ci ildən müvəqqəti sığınacaqların yaradılması dayandırılıb.
Şöbə müdiri əlavə edib ki, 2014-cü ildə Nazirlik belə tədbirlərin təşkilinin məhz normativ hüquqi əsasla tənzimlənməsinin zəruriliyini nəzərə alaraq, çətin hava şəraitində müvəqqəti sığınacaqların və sığınacaqlarda sosial xidmətin təşkilini tənzimləyən Qaydanın layihəsini hazırlayıb: "Ötən müddətdə həmin layihənin tam razılaşdırması mümkün olmadığından sosial sığınacağın hüquqi əsaslarla fəaliyyətə başlaması ilə bağlı müvafiq iş aparılır. Yaxın vaxtlarda fəaliyyətə başlayacaq sosial sığınacaqla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya
Messidən sonra Argentina millisində 10 nömrə üçün 3 namizəd
19:33 07.10.2026
Futbol