Suriyada indiyəqədər 330000 günahsız mülki vətəndaş həlak olub




Suriyanın strateji şəhərlərindən olan Hələbdə hökumət qüvvələrinə qarşı vuruşan üsyançıların bombardmanı nəticəsində 5 nəfər mülki vətəndaş həlak olub.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, bu barədə Suriyanın insan hüquqları barədə müşahidəçi təşkilatından bildirilib. 

Məlumatda qeyd olunur ki, Top mərmisi Suriyanın Hələbin məhəllələrindən birinə düşüb və 5 mülki vətəndaş ölüb, ən azı 10 nəfər isə ağır xəsarət alıb. 

Qeyd edək ki, 2011-ci ildən Suriyada münaqişələrin başladığı gündən indiyəqədər 330000 günahsız mülki vətəndaş həlak olub. 

Tərücmə etdi: Ayyət ƏHMƏD