TANAP-a 600 milyon dollar kreditin ayrılmasına razılıq verildi




Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 600 milyon dollar həcmində kreditin ayrılmasına razılıq verib.

Bu barədə Modern.az AİİB-yə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, bu kredit resursları "Cənub Qaz Dəhlizi” QSC-yə ayrılacaq.