Tanınmış idmançımız yenə yarışdan kənar qalacaq
07:09 17.02.2021
Arxiv
479
Azərbaycan sabah İsrailin paytaxtı Təl-Əvivdə başlayacaq “Böyük Dəbilqə” yarışında 15 cüdoçu ilə təmsil olunacaq.
Oxu.Az xəbər verir ki, yanvarda bəlli olan ilkin siyahıya iki dəyişiklik və bir əlavə edilib.
Belə ki, ötən ay Qətərin paytaxtı Dohada keçirilmiş “Masters” turnirində zədə üzündən iştirak edə bilməyən Olimpiya və dünya mükafatçımız, Avropa çempionu Rüstəm Orucov (-73 kq) yenə yarışmayacaq. Həmçinin “Masters”də gümüş medal qazanmış dünya və Avropa mükafatçısı İrina Kindzerskaya (+78 kq) yarışa qatılmayacaq.
Heyətə ən ağır çəkidə cəlb edilən idmançı isə Camal Feyziyevdir.
Kişilər: Kəramət Hüseynov, Davud Məmmədsoy (hər ikisi -60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi -66 kq), Telman Vəliyev (-73 kq), Hidayət Heydərov, Zelim Tskayev (hər ikisi -81 kq), Məmmədəli Mehdiyev (-90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi -100 kq), Uşanqi Kokauri, Camal Feyziyev (hər ikisi +100 kq)
Qadınlar: Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi -48 kq), Gültac Məmmədəliyeva (-52 kq).
Qeyd edək ki, Olimpiadaya reytinq xalları qazandıran bu yarışda 61 ölkədən 425 iştirakçı (249 kişi və 176 qadın cüdoçu) mübarizə aparacaq. Yarış fevralın 20-də başa çatacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial