İlqar Altay: “Əsas narahatlıq Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndələri, səfir və konsullarının qorunması məsələsidir”
Tarix boyu səfirlər həmişə təhlükədə olublar
20:25 20.12.2016
Arxiv
798
Hətta belə hallara görə, ölkələr arasında ziddiyyət və müharibələr də baş verib
İlqar Altay: “Əsas narahatlıq Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndələri, səfir və konsullarının qorunması məsələsidir”
İlqar Altay: “Əsas narahatlıq Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndələri, səfir və konsullarının qorunması məsələsidir”
Son 50 ildə dünyada baş verən terror aktları nəticəsində on minlərlə insan həyatını itirib. Qanlı hadisələrin əksəriyyəti xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər önündə baş verib. Əsrin başlanğıcından bu yana ABŞ, İran, Əfqanıstan, Pakistan, Suriyada fəaliyyət göstərən səfirliklərinə, yaxud bu ölkələrin digər dövlətlərdəki konsulluqlarına dəfələrlə hücum edilib.
Hadisələri müqayisə edən ekspertlərin fikrincə, bir sıra ölkələrdə diplomatik nümayəndələrin təhlükəsizliyi yaxşı qorunmur. Ötən gün Rusiya səfirinin Ankarada öldürülməsi və eyni gündə ABŞ səfirliyinə edilən hücum bu məsələnin yenidən gündəmə gəlməsinə səbəb olub. Məlum olaydan sonra Türkiyədə fəaliyyət göstərən diplomatik nümayəndəliklər gücləndirilmiş iş rejiminə keçiblər. Bir sıra ölkələr Türkiyədəki nümayəndəliklərini bir-iki gün ərzində bağlamaq qərarına gəliblər.
Diplomatik nümayəndələrin toxunulmazlığı və qorunması ilə bağlı "Şərq”ə danışan kriminalist-tədqiqatçı İlqar Altay bildirib ki, hansısa xarici ölkədə səfir işləmək çox ciddi, məsuliyyətli olmaqla yanaşı, həm də diqqət mərkəzində olmaq deməkdir:
"Səfir çalışdığı ölkədə konkret bir ölkəni təmsil edir. Bu səbəbdən həmin dövlətə qarşı olan milyonların hörmət, ya nifrəti birbaşa səfirin üzərinə yönəlir. Bu kütləvi nifrət diplomatın şəxsi keyfiyyətindən, işgüzar nüfuzundan asılı olmayaraq, həmişə onu təhlükə altına salır. Bundan başqa, müxtəlif qüvvələr iki ölkənin arasını vurmaq və digər mənfur təxribatlar törətmək üçün səfirlərə qəsd edirlər. Təsadüfi deyil ki, tarix boyu səfirlər həmişə təhlükədə olublar. Sui-qəsdə, terrora, təxribata, xəsarət və qətllərə məruz qalıblar. Hətta belə hallara görə, ölkələr arasında ziddiyyət və müharibələr də baş verib”.
Kriminalist vurğulayıb ki, bir çox dövlətlər öz diplomatlarının təhlükəsizliyini səfirliyin gücü hesabına təmin edirlər. Gücü yetməyənlər isə yerli hökumətdən yardım istəyirlər:
"Rusiya səfirinin Türkiyədə nümayişkaranə qətl edilməsi dünyada şok yaradıcı haldır. Güman etmirəm ki, Rusiya kimi böyük dövlət öz səfirini nəzarətsiz buraxıb. İnandırıcı deyil ki, Türkiyə tərəfi səfirin tədbirə gəlişi ilə bağlı əvvəlcədən təhlükəsizlik tədbirləri görməmiş olsun. Görünür, qətli törədən şəxs polisdə işləməsindən, təcrübə və vəsiqəsindən istifadə edərək təhlükəsizlik əməkdaşı adı ilə içəri keçə bilib. Onun ciddi geyimi və davranışı təhlükəsizlik əməkdaşı olduğuna şübhə yaratmayıb. Əlbəttə, burada qətli törədənin kimliyi, hadisənin motivi, məqsədi başqa mövzudur. Söhbət istənilən halda, diplomatik nümayəndəliklərin, səfirlərin, konsulların təhlükəsizliyinin təminatından gedir. Terrorun, təxribatın, ziddiyyətin baş alıb getdiyi dünyada, insanların mənəvi şok, gərginlik keçirib aqressivləşdiyi dövrdə bu məsələ daha çox aktualdır. Hər bir dövlət bu istiqamətdə diqqətini artırmalıdır”. İ.Altayın sözlərinə görə, şükür ki, Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik normaldır: "Ölkəmizdə xarici ölkə diplomatlarına qarşı qəsd hallarının baş verməməsini nəzərə alsaq, təhlükəsizlik orqanlarımızın öz işlərini gördüyünü deyə bilərik. Burada əsas narahatlıq Azərbaycanın digər ölkələrdəki diplomatik nümayəndələri, səfir və konsullarının qorunması məsələsidir. Bu istiqamətdə profilaktik tədbirlər gücləndirilməlidir. Başqa ölkələrdəki səfir və nümayəndəliklərimiz də özlərini qorumaq istiqamətində ehtiyatlı olmalıdırlar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm
Ukrayna beş fərqli atəşkəs formatı üzərində işləyir
19:40 07.10.2026
Dünya