Təyyar Eyvazov: “AstraZeneca” ilə bağlı araşdırmalar aparılır”


“AstraZeneca” peyvəndinin qanda laxtalanmaya səbəb olması haqqında araşdırmalar aparılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, bunun birmənalı olaraq peyvəndlə bağlı olub-olmamasını demək çətindir:

“Bu, yalnız müvafiq araşdırmalardan sonra bəlli olacaq. Bəzi ölkələr özlərini sığortalayaraq bu peyvəndinin vurulmasını dayandırıblar”. 

“Bəzi ölkələr bu peyvəndi vurdurmağa davam edir. Məsələn, Gürcüstanda insanlara bu peyvənd vurulur”, - deyə o əlavə edib.