Tundrada azərbaycanlının İŞİD "əməliyyatı" 8 il HƏBS




Moskva dairə məhkəməsinin Rusiyanın Komi respublikasının Sıktıvkar şəhərinlə səyyar iclası keçirilib. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, məhkəmə Azərbaycan vətəndaşı Ramil Mirzəmovu 8 il müddətinə azadlıqdan məhrum edib.
Məhkəmə istinadı nəticəsində məlum olub ki, Ramiz Mirzəmov Uxta Texniki Universitetinin iki tələbəsini İŞİD-ə sıralarına cəlb edərək onları Suriyaya göndərib. Bundan başqa Mirzəmov "VKontakte” sosial şəbəkəsində İŞİD-in təbliğatını da aparırmış.
Mirzəmov uzun müddət axtarışda olub. O, Dağıstan respublikasında həbs olunaraq istintaqa cəlb edilib.