Türkiyə ilə Azərbaycan arasında viza rejimi ləğv edilir


Türkiyə ilə Azərbaycan arasında tətbiq olunan viza rejimi sentyabrın 1-dən ləğv ediləcək.
APA -nın NTV-yə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
O, bu il sentyabrın 1-dən etibarən Azərbaycana gələcək Türkiyə vətəndaşlarının viza almayacaqlarını qeyd edib.