Türkiyədə hərbçiləri daşıyan avtobus partladılıb - YENİLƏNİB





Kayseridə baş verən partlayışın terror aktı olduğu müəyyənləşib.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, partlayıcı qurğu quraşdırılmış avtomobil içərisində hərbçilərin olduğu avtobusa çırpılıb və partlayış baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

***
10:18

Türkiyənin Kayseri şəhərində partlayış baş verib.
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, hadisə bu gün yerli vaxtla saat 08.45 radələrində şəhərdəki Ərciyəz Universiteti şəhərciyinin yaxınlığında avtobusda qeydə alınıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.