Türkiyədə keçmiş nazir haqqında həbs qərarı verildi





Dünən ABŞ-da Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayan, "Xalq Bank”ın keçmiş icraçı direktoru Süleyman Aslan, köməkçisi Ləvənt Balkan və Abdullah Happani haqqında istintaq başladılmışdır.
 "Qafqazinfo"-nun xəbərinə görə, hazırda həbsdə olan Rza Zərrabın cinayət işinə şübhəli şəxs qismində əlavə edilən həmin şəxslər haqqında bu gün həbs qərarı çıxarılıb.
Beləliklə, cinayət işi üzrə şübhəlilərin sayı 9 nəfərə çatıb.
Qeyd edək ki, biznesmen Rza Zərrab bank fırıldaqçılığına görə 19 mart 2016-cı ildə ABŞ-ın Mayami şəhərində həbs edilib.