Türkiyədə koronavirusla bağlı son STATİSTİKA


Türkiyədə son 24 saat ərzində 184 452 nəfərin COVID-19 testi yoxlanıb.

“Haber Global” məlumat verir ki, ölkədə günlük yoluxma sayı 20 049 nəfər təşkil edib.

81 nəfər isə koronavirus səbəbindən vəfat edib.

Bununla yanaşı, indiyədək Türkiyədə ölümcül virusdan sağalanların ümumi sayının 2 770 638 nəfərə çatdığı bildirilib. Onlardan 18 615 nəfəri son sutka ərzində sağalanlardır.

Hazırda ölkə xəstəxanalarında 1503 nəfər ağır COVID-19 xəstəsi müalicə alır.