Türkiyəyə gəlib: Dünyanı ağladan Hələbli qız Ərdoğana elə sözlər dedi ki...

Suriyada Əsəd rejiminin qırğınlarını ictimai mediadan dünyaya eşitdirən Hələbli Bana Türkiyəyə gəlib. Bana və ailəsi Beştepedə dövlət başçısı Ərdoğanı ziyarət edib.
Rəcəb Tayyib Ərdoğan, Suriyanın Hələb şəhərindəki qırğını dünyaya ictimai media üzərindən yayan 7 yaşlı Bana Alabed və ailəsiylə görüşüb.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Prezident Sarayında Bana Alabedin anası Fatemah Alabed, atası Ghassan Alabed və iki qardaşından Hələbdə  yaşadıqları çətinlikləri dinləyib.
Milliyet xəbər verir ki, xarici işlər naziri Mövlut Çavuşoğlunun da qatıldığı görüşdə, Bana Alabed, Ərdoğanla ilk qarşılaşmasında ailəsinə kömək etdiyi üçün təşəkkürlərini çatdırıb.
Hələb uşaqları adından salam gətirdiyini ifadə edən Bana Alabedə, Ərdoğan da "Və əleykum salam" qarşılığını verib.
Ərdoğan, ailəsinə Bana adının mənasını soruşub. Ailəsi, "Bana"nın xüsusi bir ağac mənasını verdiyini ifadə edib.
Bana: "Küçəyə çıxmağa belə qorxurduq"
Ban Alabed, Hələb uşaqlarına dəstəyinə görə Ərdoğana təşəkkür edərək, bunları söyləyib:
"Sizi çox sevirik. Bizi Hələbdən çıxartdınız. Orada çox böyük çətinliklər, ağrılar çəkdik. Evimiz bombardman oldu, başımıza yıxıldı. Avtobusda da çox böyük çətinlik yaşadıq, qidasız qaldıq, aç qaldıq. Hər şey üçün çox təşəkkür edirik."
Hələbdəki müharibə səbəbiylə yaşadıqları çətinlikləri izah edən Bana Alabed, "Hər gün bombardman davam edirdi, küçəyə çıxmağa belə qorxurduq." deyib.
 Ərdoğan, Bana Alabed və qardaşlarına oyuncaq hədiyyə edib.
Turan