Ukrayna pasportu Saakaşviliyə qaytarıldı - FOTO

Gürcüstanın eks-prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə Ukrayna pasportu geri qaytarılıb.
Lent.az -ın məlumatına görə, bu barədə M.Saakaşvili sosial şəbəkədə paylaşım edib.
"Ukraynanın Varşavadakı gözəl konsulu mənə Ukraynaya qayıtmaq üçün pasportumu qaytarıb. İndi isə aeroporta, oradan isə Kiyevə!”, - deyə Saakaşvili qeyd edib.
Qeyd edək ki, Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenski dünən Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb.