Varikozu təbii yolla necə müalicə etmək olar? - TÖVSİYƏ




Sizə varikoza qarşı sınaqdan keçmiş bir neçə vasitə təqdim edirik.

Sherg.az xəbər verir ki, ağrılar zamanı alma sirkəsi köməyinizə çata bilər.

 Kətan dəsmal götürüb onu alma sirkəsində isladıb zədəli nahiyəyə kompres şəklində qoyun. Kompresi 20 dəqiqə zədəli nahiyədə saxlayın. Presudurdan sonra ayaqları yumaq olmaz. Digər bir bitki qarışığı da varikoza yaxşı təsir göstərir.

Hərəsindən eyni miqdarda yatıqqanqal, dazıotu, palıd budağı, şabalıd və söyüdü xırdalayın. Qarışıq 15 xörək qaşığı həcmində olmalıdı. Qatışığın üzərinə 2 stəkan qaynar su töküb axşamdan səhərə qədər saxlayın. Dəmləməni süzüb eyni miqdarda yeməkdən əvvəl qəbul edin. Müalicə müddəti 20 gündür. 10 gün fasilə verdikdən sonra 2-ci kurs müalicəyə başlayın. Sonra 2 ay fasilə verib daha 3 kurs müalicə götürün.

1 xörək qaşığı qurudulmuş gicitkən yarpaqlarının üzərinə 1 stəkan qaynar su töküb 40 dəqiqə ağzı bağlı qabda saxlayın. Dəmləməni süzüb 1 ay ərzində gündə 3 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı qəbul edin. Müalicə kursu ildə 2-3 dəfə təkrar olunmalıdır.

Allah şəfanızı versin.