“Vəziyyətin gərginləşməsi gözlənilən idi" - Keçmiş MTN zabiti




"Vəziyyətin gərginləşməsi gözlənilən idi. Çünki hazırda dünyada, eyni zamanda regionda gərginlik, NATO-Rusiya qarşıdurması həlledici mərhələyə daxil olub".

Bunu Sherg.az-a cəbhə xəttində atəşkəsin intensiv pozulmasının səbəblərini şərh edən sabiq MTN zabiti Sülhəddin Əkbər deyib.

O bildirib ki, hərbi münaqişələr, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi də həmin qarşıdurma xəttinin üzərində yerləşir: 

"Ona görə də, qarşıdurma kəskinləşdikcə, münaqişələr də kəskinləşir. Bu da gözləniləndir”.

Qeyd edək ki, son sutka ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 100 dəfə pozub.

Aysel Aslan