Xəyanət edənlər var...
11:18 20.12.2016
Arxiv
468
Amma Türkiyə terrora qarşı israrlıdır, sonuna qədər mücadilə olacaq
Ötən gün Türkiyənin Kayseri şəhərində növbəti terror hadisəsi baş verib. Terrorçu-kamikadze idarə etdiyi avtomobili içərisində hərbçilərin olduğu avtobusa çırpıb və partlayıcı qurğunu işə salıb. Hadisə nəticəsində 13 hərbçi həyatını itirib, 48-i yaralanıb. Terroru PKK-nın törətdiyi ehtimal olunur. Qanlı terror aktı ilə əlaqədar aparılan təhqiqatlar nəticəsində 15 nəfər saxlanılıb. İstintaq davam edir.
Türkiyədə milyonlarla insan küçələrə axışdı
Türkiyənin böyük şəhərlərində, o cümlədən Şırnak, Antalya, Diyarbakır və Yüksekovada PKK terrorçu təşkilatının ölkədə törətdiyi qanlı terror aktlarına etiraz olaraq yürüş-mitinqlər keçirilib. Küçə və meydanlara çıxan milyonlarla dinc sakin terror əleyhinə şüarlar səsləndirib. "Vətən sənə canım fəda”, "Rədd olsun PKK”, "Şəhidlər ölməz, Vətən bölünməz”, "Türk və kürt qardaşdır, PKK şərəfsiz” kimi şüarlarla saatlarla küçələrdə yürüş edən insanlar hökumətdən terrorçulara qarşı daha kəskin mübarizə aparmağı tələb ediblər.
"Son terrorçu qalana qədər mübarizə davam edəcək”
Türkiyə ordusunun Baş Qərargah rəisi Hulusi Akar Kayseri terrorunda yaralanan hərbçilərə baş çəkib. Ziyarətdən sonra general yaralı hərbçilərin ailələri ilə görüşüb. Baş Qərargah rəisi bildirib ki, son terrorçu qalana qədər mübarizə davam edəcək: "Əhvalımız yüksəkdir və onların uğur qazanmaq şansları belə yoxdur. Bölgədə həbçilərimizlə bacarmayacaqlarını görüb bu alçaq hücumu törətdilər”.
ABŞ-dan Türkiyəyə yardım təklifi
ABŞ Türkiyənin Kayseri şəhərində törədilən terror aktını qətiyyətlə pisləyir və terror aktının araşdırılmasında Ankaraya öz köməyini təklif edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbi açıqlama verib. Onun sözlərinə görə, ABŞ Türkiyə təhlükəsizlik qüvvələrinə növbəti terror hücumundan kədərlənib və hiddətlənib: "ABŞ bu mənfur aktı qətiyyətlə pisləyir və terrorla mübarizədə müttəfiqi Türkiyə ilə çiyin-çiyinə durub. Terrorçuların Türkiyə xalqına qarşı törətdiyi terror aktlarına heç bir haqq qazandırmaq olmaz. Biz hadisə ilə əlaqədar Türkiyə hökuməti ilə sıx əlaqədəyik və bu aktın araşdırılmasında öz köməyimizi təklif edirik”.
PKK-nın silah-sursat anbarı tapıldı
Türkiyənin Şanlıurfa əyalətində hüquq-mühafizə orqanları tərəfindən keçirilən xüsusi əməliyyat nəticəsində PKK-nın silah-sursat anbarı aşkarlanıb. Şanlıurfanın polis idarəsinin yaydığı məlumata görə, xüsusi əməliyyat zamanı anbarda 5 min 600 ədəd Kalaşnikov avtomatı müsadirə olunub. Həmçinin bildirilib ki, silah-sursat anbarında külli miqdarda partlayıcı maddə olub. Faktla bağlı cinayət işi açılıb.
Türkiyə ilə Almaniya arasında yeni skandal
Almaniyada bir Türkiyə vətəndaşı bu ölkədəki PKK-çıları izləmək ittihamı ilə saxlanılıb. Almaniya prokurorluğunun ittihamına görə, adı açıqlanmayan 31 yaşlı Türkiyə vətəndaşı ölkədəki PKK terrorçularını izləyərək türk kəşfiyyatına məlumatlar ötürməkdə şübhəli bilinir. Federal Prokurorluqdan bildiriblər ki, bu şəxsin Almaniyadakı PKK-lıların yaşadığı yerləri, əlaqələri və siyasi fəaliyyətlərilə bağlı Türkiyə kəşfiyyatına məlumat verdiyi istiqamətində ciddi şübhələr var. 31 yaşlı Türkiyə vətəndaşının cümə günü Almaniya məhkəməsinə çıxarıldığı və haqqında həbs qərarı verildiyi deyilir. Xatırladaq ki, 2014-cü ildə Almaniyada 3 türk ölkə kəşfiyyatına PKK-lılarla bağlı məlumatlar ötürmə iddiası ilə həbs ediliblər.
FETÖ türk agentlərini PKK-ya satıb...
Ankaranın bələdiyyə sədri Melih Gökçək deyib ki, FETÖ-çülər 15 iyul çevriliş cəhdi öncəsi PKK-nın içindəki Milli İstihbarat Təşkilatının agentlərinin adlarını terror təşkilatına veriblər. Bundan sonra PKK onların içində olan MİT-in bütün agentlərini öldürüb. Gökçəyin dediyinə görə, FETÖ və PKK uzun illər Türkiyəyə qarşı birgə əməkdaşlıq ediblər: "İnşallah, bu günlər arxada qalacaq. Mən Ankarada polis və jandarmın nə qədər ciddi tədbir gördüyünü, gecə-gündüz ərazilərə nəzarət etdiklərini yaxşı bilirəm. Amma qarşınızda xəyanət edənlər var”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm