XİN-dən REAKSİYA: "Azərbaycan ərazisindəki bütün səfirərin təhlükəsizliyini təmin edir" (ÖZƏL)




Azərbaycan ərazisində fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyini tam şəkildə təmin edir.

Bunu Sherg.az-a İŞİD-in Rusiyanın Azərbaycandakı səfirliyini hədəf alması xəbərinə münasibət bildirərkən, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

XİN sözçüsü qeyd edib ki, İŞİD-in bu planı Kütləvi İnformasiya Vasitələrində yayılan məlumatdır və nazirlik bunu şərh etmir: 

"Azərbaycan Respublikası Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasından çıxış edərək, ölkəmizdə fəaliyyət göstərən digər dövlətlərin səfirliklərinin və rəsmi nümayəndələrin təhlükəsizliyini təmin edir və bütün lazımi tədbirlər görülür”.

Qeyd edək ki, Virtualaz.org-un "The Sun”a istinadən verdiyi xəbərə görə, İŞİD terror qruplaşması Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun güllələnməsindən sonra Rusiyanın Bakıdakı səfirliyini də hədəf alıb.

Aysel Aslan