YAP Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüb
11:00 16.02.2021
Arxiv
475
Yeni Azərbaycan Partiyası (YAP) işğaldan azad edilmiş torpaqlarımızda dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə geniş quruculuq-bərpa və abadlıq işlərinin aparılması, təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış Qarabağ Dirçəliş Fonduna 500 min manat vəsait köçürüb.
Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunub ki, bu vəsait partiyanın fəal üzvlərinin təşəbbüsü ilə fərdi ianəçilik hesabına formalaşıb.
Qeyd edək ki, YAP “Qarabağ Azərbaycandır” devizi ilə davam edən kampaniya çərçivəsində, eləcə də, Vətən müharibəsi dövründə Silahlı Qüvvələrə Yardım Fonduna və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədi ilə yaradılmış YAŞAT Fonduna ianə etmiş, cəbhə bölgəsində erməni vandalizminin qurbanına çevrilmiş 500-dən artıq ailəyə humanitar yardım göstərib. YAP tərəfindən, həmçinin, ermənilərin raket zərbələri nəticəsində Gəncə şəhərində evləri dağılmış 13 ailəyə birdəfəlik maddi yardım göstərilmiş, bu terror nəticəsində valideynlərini itirmiş uşaqlara 18 yaşına çatana qədər aylıq 300 manat məbləğində təqaüd ödənilməsi barədə qərar qəbul edilmişdir. Yeni Azərbaycan Partiyası, Vətən müharibəsi dövründə döyüşən əsgər və zabitlərimizin maddi təminatının daha da gücləndirilməsi, eləcə də, yaralılara göstərilən tibbi xidmətə dəstək istiqamətində də tədqirəlayiq humanitar tədbirlər həyata keçirib. Bütövlükdə, Yeni Azərbaycan Partiyası tərəfindən bu aksiyalara 455 min manat vəsait sərf edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol