Yataqların istismarı ilə bağlı komissiya yaradılır - RƏSMİ
13:39 09.03.2021
Arxiv
440
“2021-ci ildən etibarən yer təki sahələrinin hərrac vasitəsilə istismara verilməsi gözlənilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.
Onun sözlərinə görə, il ərzində mərhələli şəkildə bütün yataqlar hərrac vasitəsilə istismara veriləcək:
“İlk hərraca çıxarılan yatağımız Göygöldə yerləşən gil yatağıdır. Qanunvericiliyə uyğun olaraq İqtisadiyyat Nazirliyi, ETSN, Fövqəladə Hallar Nazirliyi və digər qurumların nümayəndələrindən ibarət hərrac komissiyası yaradılır. Hərracda qalib gələn şəxs yer təki istismarında hüquq qazanır”, - deyə sədr qeyd edir.
S.Qurbanov əlavə edib ki, hərracın keçirilmə hüquqları Agentliyin səlahiyyətindədir:
“Hərracda iştirak etmək istəyən şəxslərlə bağlı müəyyən tələblər var, həmin tələblərə cavab verməyən şəxslər hərracda iştirak edə bilməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat