Yeni Media ilə bağlı onlayn təlimlər başa çatıb
10:43 12.03.2021
Arxiv
517
"Media könüllüləri -145" layihəsi çərçivəsində Yeni Media ilə bağlı onlayn təlimlər başa çatıb.
"Sherg.az" xəbər verir ki, təlimlərdə 20 dövlət qurumu və 20 media qurumunda SMM işini həyata keçirənlər, eyni zamanda BDU – nun Jurnalistika fakültəsinin tələbələri iştirak edib.
3 gün davam edən təlimlərdə Dr.Öğr.Üyəsi. Özləm Tuğçə Kələş “Yeni media ve Rəqəmsal Media Planlama” barədə, Dr.Öğr.Üyəsi. Zəliha Ocak “Yeni media ve Jurnalistikanın Dəyişimi”nə dair, Dr.Öğr.Üyəsi Yəlda Şənkal isə “İctimaiyyətlə əlaqələr və media (dəyişim/dönüşüm)" mövzusunda seminar verib.
Son seminarda Jurnalistlər Birliyinin sədri, layihə rəhbəri Elşad Eyvazlı ilə yanaşı, Nişantaşı Universitetinin prorektoru Sibel Baykut, "Qlobal Jurnalistlər Şurası"nın rəhbəri Mehmet Ali Dim də iştirak edib.
Əvvəlcə Elşad Eyvazlı iştirakçıları salamlayaraq təlimin əhəmiyyətini vurğulayıb və sözü Dr.Öğr.Üyəsi Yəlda Şənkala verib. Daha sonra
"Qlobal Jurnalistlər Şurası"nın rəhbəri Mehmet Ali Dim çıxış edib. O, iştirak edən hər kəsə təşəkkürünü bildirib və qatılanları sertifikatla təmin edəcəklərini deyib.
Ardınca fikirlərini bölüşən Nişantaşı Universitetinin prorektoru Sibel Baykut keçirilən təlimləri dəyərləndirib. S. Baykut "bir millət, iki dövlət" olduğumuzu vurğulayaraq bu sahədə görüləcək işlərə daim dəstək verəcəyini açıqlayıb.
İştirakçılar keçirilən hər 3 seminardan razı qalıb və məmnuniyyətlərini bildiriblər.
Qeyd edək ki, "Media Könüllüləri Təşkilatı”nın (MKT) ilk üzvləri başlanğıcda Milli Mətbuatın yaranmasının 145 illiyinə uyğun olaraq, 145 nəfər (tələbə-könüllü) təşkil edir. Layihənin ideya müəllifi və icraçısı təşkilatın üzvü, ASAN Radionun Baş redaktoru İlkin Kərimovdur. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi ilə birgə icra olunan bu layihədə universitet tərəfindən kurator Jurnalistika fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyevdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə