Yens Stoltenberq: "NATO-nun müdaxiləsi qorxunc olar"





NATO-nun baş katibi Yens Stoltenberq, Almaniyanın "Bild " qəzetinə verdiyi açıqlamada  Suriya mövzusuna toxunub. 
NATO-nun baş katibi Yens Stoltenberq "Suriyada qorxunc bir insan fəlakəti yaşayırıq. Ancaq bəzən hərbi vasitədən istifadə etmək faydadan çox, zərər gətirir. Suriya mövzusunda da NATO üzvləri bu fikirdədir ki, hər hansı bir hərbi müdaxilə vəziyyəti daha da pisə doğru apara bilər." deyə ifadə edib.

Sabah Brüsseldə toplaşacaq  NATO-Rusiya Şurası ilə bağlı Stoltenberq bunları  deyib: 
-NATO gərginlik, yeni bir soyuq müharibə istəmir.