Yod çatışmazlığı körpələrdə əqli kəmlik yaradır- VALİDEYNLƏR, DİQQƏT




Dünya əhalisinin təxminən 25 faizi yod çatışmazlığından əziyyət çəkir. 

Sherg.az xəbər verir ki, dünyada 655 milyon adamdan zəhərli zob, 43 milyon nəfərdə anadangəlmə yod çatışmazlığından orta ağırlıqlı oliqofreniya, 30 milyon nəfərdə isə həmin səbəbdən anadangəlmə əqli kəmlik qeydə alınır.

İnsan bədəni susuz yaşaya bilmədiyi kimi yodsuz da normal fəaliyyət göstərə bilməz. Onun əsas hissəsi bütün orqanların boy artımı və inkişafına məsuliyyətli olan, onların funksional fəallığını təyin edən, maddələr mübadiləsini nizamlayan qalxanabənzər vəzin hormonlarında cəmlənib. 

Yod çatışmazlığı hələ ana bətnində olarkən özünü göstərsə, sonradan daha ciddi fəsadlara gətirib çıxaracaq. Çox az adam bilir ki, qalxanabənzər vəz daxili dölün inkişafının 4-5 həftəliyində yaranır, 6-8 isə artıq dölün formalaşmasına təsir göstərməyə başlayır. Qalxanabənzər vəz yod çatışmazlığı vaxtı pis işləyir ki, bu da gələcək körpənin inkişafında geriləmə, sonralar isə fiziki, psixi və əqli pozuntulara, əqli kəmliyə gətirib çıxarır.

Aysel Aslan