“YouTuber” İmamoğlu ilə görüşüb

Türkiyəli məşhur “YouTuber” Danla Bilic Cümhuriyyət Xalq Partiyasınının ( CHP) İstanbul meri Əkrəm İmamoğlu ilə görüşüb.
“Sherg.az”ın məlumatına görə onların görüşü 8 Mart Dünya qadınlar günü münasibətilə baş tutub.

D.Biliç  Ə.İmamoğlu ilə fotosunu paylaşaraq “ Başqanıma çətin suallar verdim. Bəs o, cavablayarkən çətinlik çəkdimi? Yaxında izləyəcəksiniz” şərhini yazıb.
Danlanın izləyiciləri bu paylaşımı rəğbətlə qarşılayıblar. Hər kəs  Ə.İmamoğlu ilə videonun “YouTube”a yerləşdiriləcəyi günü gözləyir.