Yunanıstana 995 türk qaçıb





2016-cı il 15 iyul qiyamından sonra Yunanıstanda yaşayış icazəsi almaq istəyən Türkiyə vətəndaşlarının sayı 995-ə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini” qəzeti məlumat yayıb.

Xəbərdə 2016-cı ilin iyulundan 2017-ci ilin fevralına qədər 236 şəxsin müraciət etdiyi, son 6 ay ərzində isə bu rəqəmin 995-ə çatdığı bildirilib.

Müraciətlərə verilən müsbət və mənfi cavablarla bağlı konkret informasiya yoxdur.