Yunanıstanın Azərbaycandakı səfiri ADU-da olub
14:04 17.02.2021
Arxiv
393
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosla görüşüb. Qonağı universitetdə görməkdən məmnun olduğunu deyən rektor, iki ölkə arasında mövcud olan müxtəlif istiqamətli münasibətlərdən danışıb. ADU haqqında səfirə məlumat verən Kamal Abdulla bildirib ki, təhsil ocağı Azərbaycanın xarici dillər istiqamətində formalaşmış xüsusi universitetidir:
“Bizim universitetdə 20-dən çox dil və mədəniyyət mərkəzi var. Onlar dünya dillərinin Azərbaycanda təbliği ilə məşğul olurlar və eyni zamanda bu dillər ixtisas kimi tədris olunur. Burada nəinki Avropanın baza dilləri, eyni zamanda uzaq və yaxın Şərq dilləri də ixtisas kimi tədris edilir. Məsələn, İndoneziya, yapon, Çin, Koreya dilləri öyrənilir. Yunan dilinin tədrisi yeni başlayıb. İnanıram ki, bu istiqamətdə öz hədəflərimizə çata biləcəyik. Bu, bizim üçün vacibdir. Çünki xalqlarımız arasında qədim tarixə söykənən mədəni-ədəbi əlaqələr, mifologiyalarımız arasında böyük bağlılıq var. Bir daha universitetimizə xoş gəlmisiniz. Böyük və möhtəşəm mədəniyyətə malik ölkənin nümayəndəsi ilə əməkdaşlıqdan çox şadıq. Ümid edirəm, bizim yunan universitetləri və mərkəzləri ilə əlaqələrimizin mövcudluğu və möhkəmlənməsində öz köməkliyinizi əsirgəməyəcəksiniz”.
Kamal Abdulla daha sonra diplomata ADU-da fəaliyyət göstərən “Səfir saatı” layihəsi haqqında məlumat verib və ənənəvi təhsilin bərpasından sonra onu tələbələrlə görüşə dəvət edib.
Görüşdə eyni zamanda qonağa “Kitabi-Dədə Qorqud” dastanı və yunan miflərinin birgə öyrənilməsi üçün müştərək elmi konfransların təşkili də təklif edilib.
Nikolaos Piperiqkosla Yunanıstan və Azərbaycan arasında mövcud olan əlaqələrdən danışıb, ölkəmiz haqqında xoş təəssüratını bölüşüb. ADU-da olmaqdan məmnun olduğunu deyən səfir universitetin elmi potensialını yüksək qiymətləndirib: “Bütün görüşlərimdə azərbaycanlıların isti münasibətini hiss edirəm. Bizim Qafqazla Prometeydən başlanan mifoloji bağlantımız var. Əminəm ki, ölkələrimiz arasında universitetlər müstəvisində, eyni zamanda digər istiqamətlərdə olan əməkdaşlıq daha da inkişaf edəcək. Bu, çox vacibdir. Yalnız sıx əlaqələr, qarşılıqlı əməkdaşlıqla öz böyük məqsədlərimizə nail ola bilərik”.
Daha sonra ADU-nun Elmi işlər üzrə prorektoru, professor Novruz Məmmədov və Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova Yunanıstan və Azərbaycan universitetləri arasında olan tələbə mübadiləsi, ikili diplom, elmi konfransların təşkilinin perspektivləri haqqında öz fikirlərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm
Tramp İranla müharibəni qəti qələbə ilə bitirmək istəyir
15:43 29.04.2026
Gündəm
Zərgərlik sahəsində yeni dövlət standartı qəbul edilib
15:30 29.04.2026
Aktual
Kürdə suyun artması Sabirabadda körpünü sıradan çıxarıb - FOTO
14:46 29.04.2026
Hadisə