
10 milyon dollar verilsə belə, heç kim orada qalmaq istəməyib
12:42 02.07.2023
Dünya
437
Twitter ötən günlərdə maraqlı bir müzakirəyə səhnə olub. Creepy.org adlı bir Twitter istifadəçisi 10 milyon dollara Fransanın paytaxtı Parisin yeraltı məzarlığında qalardınızmı deyə sual edib və istifadəçilərin əksəriyyəti "yox" deyə cavab veriblər.

"İndependent"in xəbərinə görə, paylaşıma şərh yazan bəzi istifadəçilər ölənlərə hörmətsizlik etmək istəmədiklərini bildirsələr də, bu məzarlardakı kəllə və sümük yığınlarından qorxduqlarını bildiriblər.
Bu yeraltı məzarlıq 18-ci əsrdə Parisdəki məzarlıqlarda yer olmadığı və cəsədlərin xəstəlik yaydığı zaman tikilib.
Fransa kralı XV Lous 1763-cü ildə qəbiristanlıqlardan gələn üfunət iyinə görə paytaxtda bir daha cəsədlərin dəfn olunmamasını əmr edib.
Lakin kilsə alternativ tapılana qədər insanları şəhər daxilində dəfn etməyə davam edib.
1780-ci ildə bu cəsədlərin bəziləri aylarla yağan şiddətli yağışdan sonra qəbiristanlıqlardan çıxarılıb və hətta divar çökəndə də Les Innocents qəbiristanlığındakı cəsədlər bir evə yığılıb.
Bütün bunların nəticəsində epidemiyalar başlayıb və şəhərdə 6 milyon cəsədin yenidən basdırılması planı hazırlanıb.
Bu plan, cəsədləri şəhərdən kənarda tərk edilmiş mədənlərə və tunellərə yerləşdirmək idi. Yazıq işçilər bu işi öz üzərinə götürdülər və yeraltı məzarlıq belə yaradıldı.
Əvvəlcə tunellərdəki sümüklər və kəllələr nizamsız şəkildə düzülərək qarışıqlıq yaradırdı.
Lakin 19-cu əsrdə yeraltı türbələr üzərində işlərə başlanılmış və türbələr məqbərə kimi düzülmüşdür.
2015-ci ildə ev paylaşma proqramı Airbnb Halloween maraqlı bir cadular bayramı yarışması keçirir.
İki iştirakçı gecəni bu məzarlıqda keçirməyə razılaşırlar.
Müsabiqənin qalibi olan braziliyalı Pedro Arruda AP-yə müsahibəsində belə deyib:
"Oradakı insanlar sağ olsaydı, daha çox qorxardım".
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm