Ən çox xəyanət edən bürclər - Aldatmağa meyillidirlər
Yusif Nəzərli
03:14 05.07.2023
Relaks
1642
Astrologiya insanlara müxtəlif sahələrdə təhlil aparmağa kömək edir.
Hətta bəziləri həyat yoldaşı seçərkən də, Astrologiyaya güvənir. Bəzi bürclər fərqli xüsusiyyətləri ilə yadda qalırlar. Məsələn, əkizlər bürcü əhval dəyişikliyi, əqrəb bürcü isə gizlilikləri ilə məşhurdur.
Bəs, hansı bürclər aldatmağa meyillidirlər?
Bakupost.az ən çox xəyanət edən bürcləri təqdim edir.
QOÇ - Sosial bir bürc olan qoç, aqressivliyi ilə seçilir. Dəyər verdiyi şəxsə sadiq olsa da, bir dəfə çaşdıqda geri dönülməz səhvlər etməkdən çəkinmir. Gecə həyatını sevən qoçlar bunu kiçik əyləncə kimi qiymətləndirirlər. Ən çox xəyanət edən bürclər sırasında birincidir. Buna qarşı olan reaksiyaları da mənasız hesab edir.
ƏKİZLƏR - Əhval-ruhiyyəsi qeyri-sabit olan əkizlər bürcü əyləncə mənbəyidir. Ünsiyyət bacarıqları kifayət qədər yüksəkdir. Asanlıqla yeni insanlar tanıyırlar. Xoş davraışları və müsbət enerjiləri ilə dərhal diqqəti cəlb edirlər. Münasibətlərində istədiyi qayğını ala bilmədiklərini düşünən əkizlər bürcü, mövcud münasibətlərini bitirməkdənsə, başqalarının diqqətini çəkməyə çalışır. Bu isə onlar üçün heç çətin deyil.
ƏQRƏB - Ehtiraslı və sirli bürclərdir. Ona görə də, aldatdıqlarını hiss etmək də çətindir. Fərqli insanlarla fərqli şeylər yaşamaq onlar üçün əvəzolunmazdır. Qəlbləri qırıldıqda da qisas almaq üçün xəyanət üsuluna əl atırlar.
TƏRƏZİ - Flört etməyi sevir, gözünə kəsdirdiyi hər kəsə aşiq ola bilər. Tək qalmaqdan narahatlıq duyurlar. Münasibətdə olduqları müddətdə ehjtiyyatda saxladığı başqa namizədlər də ola bilər. Hər zaman qayğı tələb edən tərəzilər kim daha çox qayğı göstərsə, onunla birlikdə olacaqlar.
BALIQLAR - Emosionallığı ilə ön plana çıxsa da, manipulyativ bürclərdən biridir. Onlarla münasibətdə olmaq olduqca çətindir. Xəyanət qorxusu isə ümumiyyətlə münasibəti qorxu filminə çevirə bilər. Romantik görünən balıqlar, özlərini bir şəxslə məhdudlaşdırmırlar. Qırdıqları qəlbə bir də dönüb baxmazlar, münasibətlərini bitirmədən yenisinə başlayarlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual