
"Moskva gücünü itirməməyə çalışır"
Yusif Nəzərli
11:29 05.07.2023
Gündəm
377
İyulun 5-də Suriyada Rusiya-Suriya hərbi təlimləri başlayacaq.
Bu barədə brifinqdə kontr-admiral Oleq Qurinov bildirib.
“İyulun 5-dən Suriyada 6 gün davam edəcək Rusiya-Suriya birgə təlimləri başlayır. Təlimlər zamanı aviasiya, hava hücumundan müdafiə qüvvələri və vasitələrinin, hava hücumlarının dəf edilməsində radioelektron müharibənin birgə hərəkəti məsələlərinin işlənməsi planlaşdırılır”, - deyə kontr-admiral vurğulayıb.
İki ölkə arasında güc nümayişi məsələsinin bitmədiyini söyləyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a qeyd edib ki, Suriyada istər Rusiya, istərsə də Əsəd qüvvələri tərəfindən aparılan əməliyyatlar hər zaman kimlərəsə gözdağı məqsədi daşıyıb:
"Əslində bu uğurlu da sayıla bilər. Çünki Bəşər Əsədə qarşı kütləvi xalq hərəkatının yaşanması, həmçinin Qərbin dəstəyi ilə insanların silahlanaraq məsələnin vətəndaş müharibəsinə dönüşməsi şəraitində, o hələ də hakimiyyətdədirsə, deməli uğur əldə olunub. Biz şahid olduq ki, nə Hüsnü Mübarək, nə də Müəmmar Qəddafi öz iqtidarlarını qoruya bilmədi. Ancaq Bəşər Əsəd hələ də gücünü göstərir və Rusiyanın dəstəyi ilə əməliyyatlar aparır".

Ekspertin sözlərinə görə, indiki təlimlər həm əvvəlki hadisələrin davamı, həm də yeni mərhələsidir:
"Rusiya Ukraynada ciddi uğursuzluqlar yaşayır, Cənubi Qafqazdakı Qarabağ kartı artıq çalışmır və dünyanın bir sıra ölkələrində ciddi maraq itgiləri ilə üzləşir. Amma bunun qarşılığında Afrika ölkələrində Kremlin maraqları müəyyən qədər güclənir. Suriyada isə Rusiya əsas faktorlardan biridir. Bu nöqtədə deyə bilərik ki, rəsmi Moskva maraqlarını müdafiə etmək üçün, harda daha güclüdürsə, bunu itirməməyə çalışır. Digər tərəfdən son proseslər onu göstərir ki, artıq Suriyada yekun bir ortaq məxrəcə gəlmək üçün həm Qərb, həm Türkiyə, həm də Rusiya tərəfindən müxtəlif addımlar atılır. Məhz bu istəklərin fonunda indi Moskva istəyir ki, öz gücünü maksimum nümayiş etdirsin. Əsəd isə masada göstərdiyi gücə görə söz sahibi olmağa və qazanclı çıxmağa çalışır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya