Rus İcmasından bəyanat: erməni əhalisinin reinteqrasiyası...
Yusif Nəzərli
08:46 23.09.2023
Aktual
550
Azərbaycanın Rus İcması ölkə rəhbərliyinin Qarabağın erməni əhalisinin çoxmillətli Azərbaycan cəmiyyətinə tez bir zamanda reinteqrasiyasına yönəlmiş səylərini tam dəstəkləyir.
Axar.az xəbər verir ki, bu barədə icmanın bəyanatında deyilir.
“Qarabağda lokal antiterror tədbirləri və sentyabrın 21-də Yevlax şəhərində Azərbaycan Prezidentinin nümayəndələri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında keçirilən görüş uzunmüddətli münaqişəyə son qoyub. Növbəti gün Qarabağın erməni sakinlərinin nümayəndələrinin xahişi ilə sosial və humanitar məsələlərin müzakirəsi kontekstində Ağdam-Xankəndi yolu ilə müxtəlif ərzaq məhsulları və gigiyena vasitələri olan 2 yük maşını, o cümlədən çörək dolu 2 avtomobil yola salınıb”, - bəyanatda vurğulanıb.
“Azərbaycanın rus əhalisi olaraq əminik ki, Qarabağ bölgəsi ermənilərinin reinteqrasiyası üzrə sosial-iqtisadi plan ölkə Konstitusiyasının bütün hüquq və normalarına tam uyğundur. Azərbaycan ənənəvi olaraq bir çox etnik qrupların sülh və harmoniya şəraitində yaşadığı çoxmillətli, multikultural ölkədir. Tariximiz boyu milliyyətindən və dinindən asılı olmayaraq ölkəmizdə yaşayan bütün xalqlar arasında həmişə sülh olub. Bütün Cənubi Qafqazda sülhün, inkişafın və firavanlığın vaxtı çatıb”, - mətndə bildirilib.
Qeyd olunub ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni əhalisini uzun illər hakimiyyəti zorla əlində saxlamış cinayətkarların hərbi xuntasından azad edərək döyüş meydanında əsl qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirib: “Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayacağıq. Təəssüf ki, lokal antiterror tədbirləri zamanı şəhidlərimiz oldu. Həlak olanların ailələrinə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzulayırıq. Həmçinin həlak olmuş Rusiya sülhməramlılarının ailələrinə başsağlığı veririk və bundan sonra sülhün əbədi olaraq bərqərar olacağına ümid edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm