Litvada 6 mindən çox hərbçinin iştirakı ilə NATO təlimləri başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlərdə Almaniya Silahlı Qüvvələrinin 10-cu Tank Diviziyasına daxil olan 45-ci Zirehli Briqadasının (“Lietuva”) və 37-ci Motoatıcı Briqadasının (“Sachsen”) hərbçiləri iştirak edəcəklər.
Bundan əlavə, NATO-nun Almaniya, Niderland, Norveç, Çexiya, Xorvatiya, Belçika və Lüksemburqdan olan çoxmillətli döyüş briqadasının hərbçiləri, eləcə də Litva ordusunun bölmələri manevrlərə cəlb olunacaq.
Litva Silahlı Qüvvələrinin məlumatında bildirilib ki, təlimlərin məqsədi qoşunların döyüş hazırlığını artırmaq, idarəetmə və əməliyyat planlaşdırılması prosedurlarını təkmilləşdirmək, həmçinin NATO müttəfiqləri, xüsusilə Almaniya, Litva və Polşa ilə qarşılıqlı fəaliyyət imkanlarını yaxşılaşdırmaqdır.
Hərbi təlimlər dekabrın 3-dək davam edəcək.