“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nəticə çıxarıb-çıxarmadığını göstərəcək”
Yusif Nəzərli
08:25 23.09.2023
Gündəm
363
“Qarşıdakı müddət Ermənistanın keçmiş səhvlərindən nə qədər nəticə çıxarıb-çıxarmadığını göstərəcək”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Report”un ABŞ bürosuna müsahibəsində bildirib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi ilə bağlı onu deyə bilərəm ki, rəsmi İrəvanın atdığı qeyri-konstruktiv addımlara rəğmən Azərbaycan dövləti sülh gündəliyinə sadiqdir, Azərbaycan dövlətinin atdığı addımlar Ermənistandan fərqli olaraq ardıcıldır, sistemlidir, məntiqlidir və onlar beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır”, - nazir vurğulayıb.
C.Bayramov Ermənistanı Azərbaycana qarşı qarayaxma kampaniyasını dayandırmağa, Azərbaycanın ərazi bütövlüyünü bilavəsitə və dolayısı ilə sual altında qoymaq və digər zərərli yanaşmalardan əl çəkməyə çağırıb: “Əgər belə olarsa, hesab edirəm ki, kifayət qədər məntiqli, uzun olmayan bir zamanda sülh müqaviləsini prinsip etibarı ilə razılaşdırmaq mümkündür. Ancaq yenə də vurğulamaq istərdim ki, bu elə bir məsələdir ki, burada bir tərəfin deyil, iki tərəfin də, yəni Ermənistan tərəfinin də sülh prosesinə yanaşması kifayət qədər önəmlidir”.
C.Bayramovla geniş müsahibə bir qədər sonra “Report”da yayımlanacaq.
Qeyd edək ki, Azərbaycanın XİN başçısı hazırda BMT Baş Assambleyasının (UNGA) 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün Nyu Yorkda səfərdədir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm