Paşinyanın ən çətin günləri öndədir
Yusif Nəzərli
11:57 23.09.2023
Gündəm
624
Onun devrilib-devrilməməsi Amerikanın fəaliyyətindən asılıdır
İrəvanda kütləvi etiraz aksiyaları başlayıb. Etirazçılar Ermənistan hökumətinin başçısının istefasını tələb edirlər. Baş nazirin dövlətə xəyanət etdiyini deyirlər. Etirazçılar İrəvanın müxtəlif küçələrində itaətsizlik aksiyaları təşkil edərək, bir sıra küçələri bağlayıblar və daha çox vətəndaşı onlara qoşulmağa çağırıblar. Baş nazir Nikol Paşinyan isə istefa verməyəcəyini bildirərək iğtişaşları təşkil edənlərə sərt reaksiya veriləcəyini deyib: "Tələbə və idmançılardan ibarət mütəşəkkil dəstələr İrəvanda kütləvi iğtişaşlar təşkil etməyə çalışırlar. Bizdə olan məlumata görə, iğtişaşçılardan bir qrupu Ermənistanın keçmiş liderlərindən birinin oğlu ilə bağlıdır. Digərləri isə Qarabağın ən yüksək dairələri ilə əlaqəli tələbələrdir. Amma kim olursa olsun, çox sərt reaksiya olacaq". Onun fikrincə, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyirlər.
İrəvandakı qarışıqlığı "Sherg.az"a dəyərləndirən politoloq Azər Qasımov deyib ki, Ermənistanda gedən proseslərdə qarşı-qarşıya gələn güclər bəllidir - Rusiya və Qərb. Analitik vurğulayıb ki, Ermənistanı monoetnik dövlət kimi formalaşdıran da bu güclərdir:
"Erməni toplumunu ətrafa qarşı aqressiya ruhunda formalaşdıran bu güclər Ermənistanda tarixən elə mühit formalaşdırıb ki, onlar başqa xalqlara düşmən kimi baxırlar. Bu da onların xislətindən irəli gəlir. Erməni toplumu öz xislətlərinin qurbanına çevriliblər. Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsi erməni toplumunda olan nifrət enerjisini bir-birilərinin üstünə tökməsinə səbəb olub. Maraqlı güclər də bundan istifadə edirlər. Əslində erməni toplumunun başına gələnlərin günahkarı onların özüdür. Kənarda günahkar axtarmaq lazım deyil. Təbii ki, Rusiya və Amerikanın Ermənistanda maraqları var və bu, geosiyasi oyundur. Rusiya-Qərb qarşıdurmasının təzahürüdür".
Siyasi şərhçinin fikrincə, indiki məqamda Paşinyan üçün təhlükənin mövcudluğu da şübhəsizdir: "Güclərin qarşıdurmasının ortasında qalan ölkələrin aqibəti yaxşı olmur. Paşinyan isə hesab etmək olar ki, öz səviyyəsindən böyük oyunların ortasındadır. Devrilib-devrilməməsi onu müdafiə edən Amerikanın fəaliyyətindən asılıdır. Adətən Amerika öz adamlarını ehtiyac halında təyyarəyə mindirib ölkələrdən qaçıra bilir. Amma hesab edirəm ki, Paşinyan hələ ki, vəziyyəti idarə edə bilir. Bir müddət hakimiyyətdə qalacağı mütləqdir. Qarşıda Azərbaycanla sülh məsələsi, Zəngəzur dəhlizi var. Rusiyanın da hələ ki, imkanları onu devirməyə kifayət etmir. Amma ən çətin günlər Paşinyan üçün öndədir. Qarabağdan çıxarılacaq terrorçular və Qarabağı tərk edəcək əhalinin Ermənistana qayıtması ciddi sosial durum və narazılıq yaradacaq. Moskva onları qızışdırıb Paşinyanın üstünə sala bilər. Ən azı Ermənistanda vətəndaş qarşıdurması qaçılmaz olacaq. Qərbə inteqrasiya üçün də Ermənistan ciddi itkilər verməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm