Türkiyə XİN başçısının müavini: "Azərbaycanın ərazi bütövlüyünün bərpası regiondakı problemlərin həllinə səbəb olacaq”
Yusif Nəzərli
12:30 23.09.2023
Gündəm
414
“Regiondakı bütün dövlətlər bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının digər bölgə dövlətlərinə də böyük faydası var”.
Bunu Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay “Report”un Ankara bürosuna açıqlamasında bildirib.
O deyib ki, Birinci Dünya müharibəsindən başlayaraq indiyədək dünyada çözülməyən məsələlər var: “Qarabağ münaqişəsini də bunlardan biri hesab etmək olar. Amma bu münaqişənin həllini istəməyənlər həm də öz əleyhlərinə addım atmış olurlar. Azərbaycanın haqlı mübarizəsində Türkiyənin mövqeyi bəllidir. Biz azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq. Bu məsələnin ən ədalətli variantı Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasıdır. Bölgədəki bütün problemlər bundan sonra həllini tapa bilər. Biz bu varinatı dəstəkləyirik. Amma əslində bunu regiondakı bütün dövlətlər istəməlidirlər. Çünki bu məsələ bütün bölgə dövlətlərinin xeyrinədir. Bir-birinə söykənən domino daşlarını düşünün, birinə toxunduqda digərləri necə yıxılırsa, bu problem də həll olunacağı təqdirdə, bütün məsələlər öz həllini tapacaq”.
M.K.Bozay söyləyib ki, Azərbaycan Türkiyə üçün “İki dövlət, bir millət” prinsipi ilə dostdan başqa, həm də iqtisadi baxımdan ən yaxın müttəfiqdir: “Eyni zamanda mədəniyyətlərimizin, adət-ənənələrimizin, coğrafiyamızın yaxınlığı da bizim əməkdaşlığımızı, müttəfiqliyimizi daha da gücləndirməyə rəvac verir. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyənin ən böyük istəyi idi və bu reallaşdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm