Bu səfər Türkiyənin daim Azərbaycanın yanında olduğunu göstərir - Elçin Xalidbəyli
Yusif Nəzərli
11:08 25.09.2023
Gündəm
744
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Naxçıvana birgünlük işgüzar səfər edəcək.
Bu baradə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanın Naxçıvana səfər planı haqda məlumat yayıb.
Məlumata görə, Prezidentlər arasında keçiriləcək görüşlərdə Türkiyə ilə Azərbaycan arasında ikitərəfli əlaqələr müzakirə olunacaq. Aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Ərdoğan və Əliyevin İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəkləri gözlənilir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bütün səfərlərinin həmişə əhəmiyyətli olduğunu deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında vurğulayıb ki, onun Naxçıvana səfəri də olduqca önəmlidir:
"Birincisi, Türkiyə liderinin bu səfəri rəsmi Ankaranın Azərbaycana tam və hərtərəfli dəstəyini növbəti dəfə ifadə edir. Üstəlik, bu səfərin məhz Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirlərindən dərhal sonra baş tutması Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu göstərir.
Digər tərəfdən, Azərbaycanın Xankəndi və ətraf ərazilərin üzərində öz suveren hüquqlarını bərpa etməsindən sonra Cənubi Qafqazda daha bir önəmli geostrateji layihənin önü açılıb. Belə ki, bundan sonra əsas müzakirə mövzusu məhz Zəngəzur dəhlizinin açılması ətrafında olacaq. Bu proses yaxın vaxtlarda daha da sürətlənəcək, konkret addımların atılmasına başlanılacaq".
Ekspert onu da qeyd edib ki, Zəngəzur dəhlizinin açılması üçün Azərbaycan və Türkiyə demək olar, əsas hazırlıq prosesini yekunlaşdırmaq üzrədir:
"İndi isə geriyə Zəngəzur dəhlizinin açılmasına törədilən əngəllərin aradan qaldırılması qalıb. Onu da nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi ətrafında iki dövlətlər qrupu arasında kəskin mübarizə mövcuddur. Avropa Birliyi, Fransa, İran və Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ələ keçirtmək üçün bütün imkanları işə salıblar. Bu dövlətlər qrupu qarşı tərəfin nəzarəti altında Zəngəzur dəhlizinin açılmasını istəmirlər və buna əngəl törətməyə çalışırlar.
Digər dövlətlər qrupu - Azərbaycan, Türkiyə, Rusiya və Çin isə Zəngəzur dəhlizinə münasibətdə ortaq maraqlara malikdirlər. Bu dörd ölkə Zəngəzur dəhlizinin ən qısa zamanda reallığa çevrilməsinə cəhd göstərirlər. Və qarşı tərəfin nəzarətinə imkan vermək niyyətində deyillər.
Ona görə də, ehtimal etmək olar ki, Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşündə Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərlə yanaşı, Zəngəzur dəhlizinin açılması perspektivlərini müzakirə edəcəkləri gözlənilir".
Oxşar xəbərlər
Brüsselə yaxınlaşmaq Paşinyana Moskva ilə danışıqlarda manevr imkanı verir - Politoloq
18:57 06.11.2026
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
18:39 06.11.2026
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm