Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib
Bakıda Boneyra adasının müqəddəratının təyin edilməsi ilə bağlı konfrans keçirilib
11:43 22.08.2024
Siyasət
380
Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində təşkil olunan “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda regional və Beynəlxalq Dəstəyin Səfərbər Edilməsi məsələsinə həsr olunan panel keçirilib.
APA-nın məlumatına görə paneldə əvvəlcə Boneyra xalqının öz müqəddəratını təyinetmə uğrunda mübarizəsini əks etdirən videoçarx nümayiş etdirilib.
Sent-Vinsent Qrenadin dövlətinin Nazirlər Kabinetinin müşaviri Riçard Bayron-Kox bildirib ki, bu gün BMT-nin müstəmləkə şəraitində yaşayan xalqların hüquqlarını qorumaq istiqamətindəki cəhdləri müxtəlif səviyyələrdə təzyiqlərə məruz qalır:
"Bu gün burada söylədiyimiz fikirlərə hər kəs diqqət yetirməlidir. Heç bir dövlət bu gün bizə qarşı sərgilənən yanaşmada siyasi və iqtisadi müstəqillik hüququmuzun təmin olunduğunu söyləyə bilməz. Mən sadəcə başa düşmək istəyirəm ki, bizim kimi müstəmləkə ölkələrinə bu münasibətin səbəbi nədən ibarətdir. Mən bu gün təkcə bizim dövlətin deyil, bütövlükdə müstəmləkədən əziyyət çəkən, gələcəyini müəyyənləşdirmək iqtidarında olmayan ölkələrin adından danışıram. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində 20-ci bənd var. Orada göstərilir ki, parçalanmış və qütblərə bölünmüş dünyada Birləşmiş Millətlər Təşkilatının beynəlxalq ictimaiyyəti, dünyadakı müxtəlif dövlətləri və xalqları birləşdirmək istəyi böyük təzyiqlərlə üzləşir. Bu Nizamnamənin məqsədi beynəlxalq səviyyədə sülh və təhlükəsizliyi təmin etmək, eləcə də bütün xalqların iqtisadi və sosial müstəqilliyinə nail olmaqdır. Lakin çox təəssüf ki, bu prinsiplərə əməl olunmur. Elə isə müstəmləkə şəraitində yaşayan xalqlar və dövlətlər kimə güvənməlidir?"
Boneyranın İnsan Hüquqları üzrə Təşkilatının beynəlxalq siyasət üzrə müşaviri Xorxe Qarsiya Kordoba isə müstəmləkə dövlətlərindəki siyasi qüvvələri birliyə çağırıb:
"Mən hesab edirəm ki, bu gün müstəmləkə dövlətlərindəki siyasi partiyaların daha effektiv mübarizə üçün güclərini birləşdirməsinə ehtiyac var. Müstəmləkəçiliyə qarşı mübarizədə yalnız birlik yolu ilə qalib gəlmək mümkündür. Bizim xalq çox uzun illərdir müstəmləkə şəraitində yaşayır. Bu gün Puerto-Riko da Argentinadan müstəqilliyini elan etməyə və müstəmləkə şəraitindən xilas olmağa çalışır. Mən bütün dünya ictimaiyyətini Boneyra xalqının müstəqilliyinə dəsrək verməyə, oradakı soyqırımı dayandırmaq üçün təsirli tədbirlər görməyə çağırıram".
Panel işini fikir mübadiləsi şəraitində davam etdirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"BTC Co" I rübdə BTC üzrə əməliyyat xərclərini 6 % azaldıb
19:07 01.05.2026
İqtisadiyyat
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm