
Paşinyanın Kərki kəndi ətrafında dolaşması prosesin başlanğıcı sayıla bilər -ŞƏRH
13:25 22.08.2024
Aktual
550
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Ararat vilayətinə səfər edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Nəşr yazır ki, baş nazir səfər zamanı vilayətin bir çox icmasına baş çəksə də, Tiqranaşendən (Kərki - red.) yan keçib. O hətta kəndə bitişik Sevakavana getsə də, Kərkiyə daxil olmayıb. Məlumata görə, bu məsələ hakim Mülki Müqavilə Partiyası daxilində narahatlıq yaradıb, Kərkinin Azərbaycana veriləcəyi ilə bağlı iddiaların güclənməsinə səbəb olub. N.Paşinyan vilayətə səfərində müxtəlif icmaların rəhbərlikləri və güc strukturlarının nümayəndələri ilə görüşüb, onlara hədiyyələr verib. Nəşr iddia edir ki, baş nazir xüsusilə güc strukturlarına hədiyyə verdiyi hissələrin tam lentə alınması və mətbuatda yayımlanması göstərişini verib. Belə ki, sözügedən ərazidə güc strukturlarının bir qisminin hakim partiya ilə əlaqəsinin olmadığı bildirilib. Baş nazirin bununla həmin şəxsləri də öz idarəsi altında göstərməyə çalışdığı deyilir.
Sözügedən məsələnin mübahisəsinin belə absurd olduğunu bildirən siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki,əlbəttə, Kərki kəndi Azərbaycana qaytarılacaq:

“Çünki Kərki kəndi Azərbaycan torpağıdır. Nikol Paşinyanın Kərki kəndi ətrafında dolaşması da prosesin başlanğıcı sayıla bilər. Görünür ki, Paşinyan ilkin ictimai rəyi yoxlamaq üçün müxtəlif icmalarla görüşüb və Kərki kəndinə baş çəkməyib. Bunu bir növ nəbz yoxlaması kimi də qiymətləndirə bilərik. Yəni Nikol Paşinyan başa düşür ki, birbaşa Kərki kəndini Azərbaycana qaytaracağı təqdirdə ölkə içində ona qarşı kampaniyalar başladacaqlar. Nəticə etibarilə Nikol Paşinyan əlavə enerji xərcləməli olacaq. Yəni indiki vəziyyətdə Nikol Paşinyanın devrilməsi ehtimalı yoxdur. Necə ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması prosesində keşiş Baqratın Tavuşda başlatdığı hərəkat bir qədər Nikol Paşinyan üçün başağrısı oldu. Görünən odur ki, indi Nikol Paşinyan taktikanı dəyişib. Onun Kərkinin Azərbaycana qaytarılması prosesinə qədər əleyhdarlarını neytrallaşdırmaq yolu tutduğunu düşünürəm. Zaman nə qədər doğru olduğumuzu göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya