
Faktlar unudulanda ədalət itir: Qərb dairələri Azərbaycanın artan nüfuzunu qəbul edə bilmirlər
Yusif Nəzərli
07:18 02.05.2025
Aktual
589
Bakı təkcə Cənubi Qafqaz bölgəsində yox, həm də Avrasiya qitəsində çox ciddi geosiyasi əhəmiyyət daşıyan layihələri reallaşdırır
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Kanada xarici işlər naziri Melani Colini sərt şəkildə tənqid edib. XİN rəsmisi kanadalı nazirin qərəzli olduğunu və Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətləri görməzdən gəldiyini vurğulayıb. Bu barədə Ayxan Hacızadə sosial şəbəkədə paylaşım edib. Mətbuat katibi Kanada nazirini öz ölkəsinin milli maraqlarına ziyan vuraraq erməni diasporunun maraqlarını təşviq etməkdə ittiham edib. Azərbaycan xarici siyasət idarəsinin rəsmi nümayəndəsinin sözlərinə görə, Coli hələ də Ermənistan tərəfindən etnik təmizləməyə, kütləvi qırğınlara və mədəni soyqırıma məruz qalmış bir milyondan çox azərbaycanlının əzablarını tanımayıb: "Təəssüf ki, siz hələ də Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə, kütləvi qırğınlar, vəhşiliklər, mədəni irsin silinməsi və digər insanlıq əleyhinə cinayətlərdən əziyyət çəkmiş bir milyondan çox azərbaycanlının əzablarını tanımamısınız". Hacızadə həmçinin bir aforizmə istinad edib: "Necə də dəqiq deyilib: Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır". O, Kanada nazirinə faktlara əsaslanmağın vacibliyini xatırladıb: "Kiçik bir xatırlatma: həmişə faktlara əsaslanın, erməni diasporunun yalan narrativlərinə yox".
Azərbaycanın 2023-cü ildəki lokal antiterror tədbirlərindən danışarkən, XİN nümayəndəsi qeyd edib ki, bu əməliyyat qanuni və mütənasib olub: "Azərbaycanın 2023-cü ildəki antiterror tədbirləri Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı qanuni və mütənasib cavab idi. 24 saatdan az davam edən əməliyyat bu birləşmələrin və infrastrukturun neytrallaşdırılmasına yönəlmişdi və tamamilə beynəlxalq humanitar hüquq normalarına uyğun idi".
Millət vəkili Azər Allahverənov Sherg.az-a deyib ki, Qərb dairələri Azərbaycanın artan nüfuzunu qəbul edə bilmirlər. Deputat vurğulayıb ki, Azərbaycan təkcə Cənubi Qafqaz bölgəsində yox, həm də Avrasiya qitəsində çox ciddi geosiyasi əhəmiyyət daşıyan layihələrin birbaşa reallaşmasında iştirak edən tərəfdir:

"Avropa Birliyi, Avropa Şurası, müxtəlif təsisatlar hər zaman maraqlı olublar ki, təsiretmə iqtidarında olduqları bölgələrdə yerləşən ölkələr bu və ya digər formada onların qaydaları ilə hərəkət etsinlər. Yəni onların merkantel maraqlarını təmin edən ölkələr olsunlar. Azərbaycan bunlardan olmadı. Nəinki bizim üçün nəzərdə tutulan qaydaları pozduq, həm də Cənubi Qafqaz bölgəsində yeni bir reallıq yaratdı. Cənubi Qafqaz bölgəsində yeni bir reallıq yaratmaqla, sülh və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsinə yönəlmiş siyasət yürütməklə həm də Avropanın özü üçün əhəmiyyətli olan layihələrin reallaşmasına əlverişli şərait yaratdı. Azərbaycan bu tipli layihələrin reallaşmasında söz sahibi olan tərəf qismində çıxış edir. Bu da Avropa İttifaqının, xüsusən Aİ-nin əsas iki skripkasından biri olan Fransanın maraqlarına heç cür cavab verə bilməz".
Parlament üzvü qeyd edib ki, Fransa hər zaman müstəmləkəçilik siyasəti yürüdən, bunu bir çox dənizaşırı dövlətlər üzərində tətbiq edən, amansızcasına onların təbii sərvətlərini talayan bir dövlət qismində çıxış edir:
"Azərbaycan Cənubi Qafqaz bölgəsində Fransanın bu tipli neokolonial maraqlarına zidd siyasət yürüdür. Bu səbəbdən maksimum çalışacaqlar ki, beynəlxalq ictimaiyyəti çaşdırsınlar, Azərbaycanı tamamilə başqa formada təqdim etsinlər. Bunun üçün şər və böhtan kampaniyalarından istifadə edəcəklər. Amma hər dəfə növbəti fiaskoya uğrayacaqlar. Məhz Azərbaycanın siyasi uğurları səbəbindən fiaskoya uğrayırlar. Yeni siyasi qüvvələrin də Azərbaycana qarşı mövqeyi dəyişmir. Səbəbi odur ki, həmin siyasi qüvvələr də ənənəvi siyasi mərkəzlər tərəfindən idarə olunurlar. Faktiki olaraq, onlar heç bir zaman Azərbaycanın lehinə qərarların verilməsində maraqlı olmayıblar. Hər zaman anti-Azərbaycan, anti-türk siyasət yürütməkdə maraqlı olublar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın daxili işlər nazirinə sanksiya tətbiq edildi
17:39 29.01.2026
Dünya
Sibiqa: Zelenski Putinlə görüşməyə hazırdır
17:34 29.01.2026
Dünya
Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları rus dilində aparılır
17:22 29.01.2026
Dünya
Əli Xamneyi Maduronun taleyini yaşaya bilər - ŞƏRH
17:19 29.01.2026
Gündəm
Prezident DGK-nin bir qrup əməkdaşını təltif edib - SƏRƏNCAM
17:11 29.01.2026
Gündəm
Ədalət Tahirzadənin yeni kitabı işıq üzü gördü
17:06 29.01.2026
Elm və Təhsil
Yaponlar ABŞ təyyarələrinin səsinə görə təzminat alacaq - 16 milyon
16:42 29.01.2026
Dünya
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya