"Altılıq" platformasının gerçəkləşməsi real görünmür
Yusif Nəzərli
02:02 19.05.2022
Cəmiyyət
332
Gün kimi aydındır ki, Gürcüstan Rusiya faktoruna görə bu platformada iştirak etməyəcək
2021-ci ilin dekabrında yaradılmış 3+3 regional konsultativ platforma tələbat olan və perspektivli mexanizmdir. Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib. O qeyd edib ki, Moskva bu platformadan Cənubi Qafqaz ölkələri ilə qonşuları arasında əməkdaşlığı inkişaf etdirmək üçün fəal şəkildə istifadə etməyi planlaşdırır. Rudenkonun sözlərinə görə, bu cür əməkdaşlığın məntiqi ümumi maraq kəsb edən, siyasi ziddiyyətləri kəskinləşdirməyən və qarşılıqlı etimadın artmasına töhfə verən məsələlərin kollektiv şəkildə nəzərdən keçirilməsini nəzərdə tutur:
“Söhbət, ilk növbədə regional çağırışlara cavab tapmaqdan və yaranan problemlərin regionların özləri tərəfindən həllindən gedir. Regionun bütün ölkələrinin bu prosesə cəlb edilməsi, məsələn, İrəvan və Bakı, İrəvan və Ankara arasında ticarət, enerji, sənaye, innovativ texnologiyalar, infrastrukturun modernləşdirilməsi sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi yolu ilə dialoqun qurulması üçün əlverişli şərait yaradır. Cənubi Qafqaz ölkələri və onların qonşuları arasında əməkdaşlıq üçün əlavə imkanlar regionun tranzit potensialının üzə çıxarılması, yeni çağırış və təhdidlərə qarşı mübarizədə qarşılıqlı fəaliyyətlə bağlıdır”. Onun sözlərinə görə, hazırda formatın ikinci iclasına hazırlıq gedir: “Biz bunu ilin birinci yarısının sonuna qədər həyata keçirməyi planlaşdırırıq”. Xatırladaq ki, mayın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “altılığı” şərh edərkən bu formatın gerçəkləşməsinin çətin olacağını, Azərbaycanın, ilk növbədə, Türkiyə və Gürcüstanla əməkdaşlığa yönəlməli olduğunu bildirmişdi.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov “Şərq”ə açıqlamasında “altılıq” platformasının reallaşmasının olduqca mürəkkəb olduğunu düşünür. Ekspertə görə, mövcud şərtlər daxilində 6 region ölkəsinin vahid platformada əməkdaşlığı qeyri-real görünür:
“Ötənlərdə məlumat yayıldı ki, Cənubi Osetiyada “referendum” keçiriləcək və bölgə Rusiyaya birləşdiriləcək. Bu informasiya Gürcüstan-Rusiya arasında gərginliyin daha da artmasının siqnalı kimi dəyərləndirildi. Rusiyalı rəsmilər Cənubi Osetiyanın birləşdirilməsinin tam tərəfdarı kimi çıxış etdilər. Əgər belə hadisə baş verərsə, “altılıq” platformasının gerçəkləşməsi ehtimalını unutmalıyıq. Cənubi Osetiya və Abxaziya Gürcüstan əraziləridir. Tbilisi bütün gücü ilə çalışır ki, həmin ərazilərini geri qaytarsın. Ukraynadakı prosesləri diqqətlə izləyən Gürcüstan bu məsələdə geri addım atmağı qətiyyən düşünmür. Nəzərə alaq ki, Moskvada keçirilən “3+3” formatlı görüşə Gürcüstan təmsilçisi qatılmadı. Həmçinin, Tbilisi rəsmi şəkildə bildirdi ki, Gürcüstan Rusiya faktoruna görə belə platformalarda iştirak etməyəcək”.
S.Hümbətov vurğulayıb ki, “altılıq” platformasının reallaşması yeni güc mərkəzinin formalaşması deməkdir. Bu isə indiki vəziyyətdə qeyri-mümkündür: “Rusiya Ukrayna ilə müharibə apardığına görə Qərblə, eyni zamanda Gürcüstanla konfrantasiya vəziyyətindədir. Moskva ilə Tbilisi arasında rəsmi əlaqələr yoxdur. Paralel olaraq Türkiyənin də Cənubi Qafqazda nüfuzu artmaqdadır. Ankara tədricən Ermənistana təsir və təzyiq imkanları əldə etməkdədir. Kreml isə özündən savayı bölgədə təsiredici gücə malik başqa ölkə istəmir. Türkiyənin belə platformada yer alması Rusiyaya sərf eləmir.
Moskva Qərbin Gürcüstan vasitəsi ilə bölgəyə nüfuz etməsini, Ermənistana təsir göstərməsini də istəmir. Sadəcə olaraq Moskva regional və qlobal şərtlərin diktəsi altında məcburi “altılıq” platformasını gündəmə gətirir.
Rusiya öz ənənəvi siyasətinə uyğun olaraq zəif düşdüyü anda müəyyən güzəştlərdən, kompramislərdən danışır. Ancaq gücünü bərpa edən kimi verdiyi sözləri unudur. Region dövlətləri bu reallığın fərqindədir. O baxımdan düşünmürəm ki, “3+3” formatı yaxın zamanda reallaşsın. Azərbaycan regional və qlobal istənilən layihədə məmnuniyyətlə iştirak edir və əməkdaşlıqdan çəkinmir. Əlbəttə ki, əsas məsələ ölkəmizin maraqlarının təmin olunmasıdır.
Əgər dövlət maraqlarımıza zidd hansısa hadisə baş verərsə, addım atılarsa, rəsmi Bakı öz mövqeyini ortaya qoyur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niderlandda ən gənc baş nazir and içdi
21:47 23.02.2026
Dünya
Tramp yenə hədələyib: “Ədalətsiz ölkələr daha pisini görəcək”
21:34 23.02.2026
Gündəm
Qızıl və gümüş yenə bahalaşdı
21:33 23.02.2026
İqtisadiyyat
Dövlət uşaqların himayəsini ailələrə qaytarmağa çalışır - EKSPERT
21:20 23.02.2026
Aktual
Slovakiya Ukraynaya elektrik enerjisinin verilməsini dayandırıb
21:11 23.02.2026
Dünya
Pelin 12 illik ərindən ayrılır!
21:00 23.02.2026
Şou
Trampın iqamətgahında zərərsizləşdirilən gənc rəssam imiş
20:43 23.02.2026
Dünya
Zelenski sabiq baş komandan Zalujnıya cavab verib
20:35 23.02.2026
Dünya
Müharibə qazanılmasa, təbliğat faydasızdır - EKSPERT
20:15 23.02.2026
Gündəm
“Qəlb cəbhəsi” kitabı SDU-da təqdim olunub -FOTO
19:53 23.02.2026
Ədəbiyyat
Ukrayna Müdafiə Nazirliyi səfərbərlik islahatı elan etdi
19:29 23.02.2026
Dünya
Tramp Meksikanı narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb
19:20 23.02.2026
Dünya
Mingəçevirdə ər arvadını bıçaqlayıb
19:12 23.02.2026
Hadisə
Aİ Trampın yeni "qlobal tarif"ini tənqid etdi
18:56 23.02.2026
Dünya
ABŞ səfirliyi Livandakı əməkdaşlarını təxliyə edir
18:33 23.02.2026
Dünya