Artıq dozadan ölənlər: Ən pisi də narkomaniya bəlasının gəncləşməsidir - SOS
Fidan Həmişəyeva
08:06 04.10.2019
Cəmiyyət
4442
Suraxanı rayonu, Qaraçuxur qəsəbə sakini olan 39 yaşlı kişi ölüb. Əbdülrəhmanov Taleh Vaqif oğlu yüksək dozada narkotikin qurbanı olub. Yaxınları onu dərhal Kliniki Tibbi Mərkəzə çatdırıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Son zamanlar narkomaniyaya qurşananların və ölənlərin sayı artıb. Cəmiyyətimizdə bununla bağlı müəyyən maarifləndirmə işləri aparılsa da, yenə narkotik alüdəçiləri çoxluq təşkil edir. Görünən odur ki, bu sahədə yetərli tədbirlər həyata keçirilməyib. Maraqlıdır, narkomaniyaya qarşı hansı yollarla mübarizə aparılmalıdır ki, ona qurşananların sayı çoxalmasın?
Məsələyə aydınlıq gətirən Hüquqi İnkişaf və Demokratoya İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Sherg.az-a bildirdi ki, hər il avqustun 31-i bütün dünyada narkotik dozasını aşmadan dünyasını dəyişənlərin günü kimi qeyd olunur:
“Bu, bütün dünyada ona görə qeyd olunur ki, ilbəil narkotik istifadə edənlər arasında dozanı aşma hallarına görə ölənlərin sayı çoxalmaqdadır. Ölkəmizdə bu sahədə statistika aparılmır. Neçə illər bundan öncə ölkəmizdə “Narkomanlarla mübarizə üzrə proqram” var idi. Bəzi tədbirlər proqram çərçivəsində həyata keçirilirdi. Bu proqram narkotik istifadəsi zamanı dozanın aşmasına görə vəfat edənlərin statistikasını verirdi. Düzdür, statistika reallığı əks etdirmirdi, amma yenə də rəqəmlər açıqlanırdı”.
Birlik sədrinin sözlərinə görə, bəzi hallarda dozanı aşma elə təqdim olunur ki, guya narkotiki çoxlu miqdarda qəbul edən zaman nəticədə dozanı aşma halı yaradır:
“Əslində isə dozanın aşma halı bir neçə vəziyyətdə baş verir. Məsələn, narkotikə uzun müddət fasilə verilirsə, müalicə olunduqdan sonra kimsə narkotik qəbul etməyə davam edirsə onun sonuncu dəfə buraxdığı doza ölümcül sayılır. Narkomanlar isə bunu bilmirlər. Onlar bir müddət istifadəni dayandırdıqdan sonra yenidən qəbul edirlərsə, əvvəlki dozadan az qəbul etməlidirlər. Bunu bilmədikləri üçün əvvəlki adi doza onlara çox gəlir.
Digər məqam isə bir neçə narkotiki birləşdirib istifadə etməkdir. Məsələn, nəşə çəkib üstündə damara iynə vurursa, bu zaman da ölüm halları qeydə alınır. İçkili halda da narkotik qəbul edərkən doza həddi aşılır. Bu daha çox gənclər arasında yayılıb. Bütün bunlar onu göstərir ki, yalnız cəmiyyətdəki insanlar arasında yox, narkomanların özləri arasında da maarifləndirmə aparmaq lazımdır. Narkotiki qəbul edən adamın yanında heç kim olmaya bilər. İynəni vurduqdan sonra o, çəkilir bir küncə və başına gələnlərdən heç kimin xəbəri olmur. Bir də ayılırlar ki, dünyasını dəyişib. Həmin şəxsi xilas etmək mümkün ola bilər. Narkomanın yanında olan şəxs ona süni nəfəs verərək ürək masajı edə bilsə, onu həyata qaytarmaq mümkündür”.
Z.Mustafayeva onu da qeyd edib ki, ailələr övladının adına xələl gəlməsin deyə, təcili yardıma xəbər etmirlər:
“Narkoman “perdoz” halına düşəndə yarım saat ərzində təcili tibbi yardım çağırılmalıdır. Bizdə isə heç vaxt təcili yardım çağırmırlar. Çünki təcili yardımın yanında polis gəlir ki, “filan yerdə narkoman var”. Valideynlər və narkomanın digər yaxınları təcili yardıma xəbər etməyə çəkinirlər. Dünya praktikasında da belədir ki, “peredoz” halında olan narkomana ilk növbədə təcili yardım kömək etməlidir. Bu təcrübə isə bizdə tamamilə yoxdur. Heç kim uşağının üzərinə təcili yardım çağırmır, hamı çalışır ki, kustar yolla xəstəni xilas etsin”.
Z.Mustafayeva bildirib ki, narkomaniyadan ölüm halları həmişə var. Sadəcə olaraq bunlar rəsmi şəkildə üzə çıxmır:
“Narkomaniyadan müalicə alanların sayında da artım müşahidə olunur. Ölkəmizdə narkoloji mərkəzin yeri dəyişdirildi və xidmətlər genişləndirildi. Həmçinin bu sahədə müəyyən proqramlar da həyata keçirilir. Bütün bunlar narkomanlar arasında narkoloji xidmətə olan marağı çoxaltdı. Bu proqram narkomanların həyata qayıtması üçün bir şansdır. Belə proqramın əhatəsinin genişləndirilməsi narkomanların müalicəyə olan marağını artırdı. Əslində narkomaniyanın müalicəsi mümkün olmayan bir məqamdır. Bu xəstəliyin müalicəsində ancaq şansa bel bağlamaq olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi