
Avtobus qəzalarının baş verməsinin günahkarı sürücülər deyil: Bakı qara hazır deyildi!
10:35 24.02.2025
Cəmiyyət
585
Ötən gün qarlı və şaxtalı hava şəraitində Bakı şəhəri və ətraf ərazilərdə fəaliyyət göstərən 40-dan çox avtobus əsasən fərdi nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar nəticəsində zədələnib.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, qəzalarda sərnişinlər arasında xəsarət alan olmayıb.
Qeyd edək ki, 21 fevral tarixindən Bakıda və respublikanın bölgələrində qarlı və şaxtalı hava şəraiti müşahidə edilir.
Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, bu qəzaların qarşısını almaq üçün ilk növbədə avtomobil yollarında təmizlənmə işləri həyata keçirilməlidir:
“Çünki avtomobillər, o cümlədən ictimai nəqliyyatın, avtobus seqmenti rahatlıqla bir nöqtədən digər nöqtəyə gedib çata bilsin. Təəssüflə qeyd etmək lazımdır ki, Bakı şəhərinin çox az küçələrində bu təmizlənmə işləri həyata keçirilib. Bir sıra küçələrdə təmizlənmə işləri həyata keçirilməyib və bu səbəbdən də həmin avtobus qəzaları baş verib. Yəni bu avtobus qəzalarının baş verməsinin günahkarı əslində avtobus sürücüləri deyil".
Nəqliyyat eksperti Yasin Mustafayev isə bildirdi ki, ümumiyyətlə biz qara hazır deyilik:

“Yəni qar infrastruktur, sürücü və insanların psixologiyasında tam oturuşmayıb. Həmçinin neçə illərdir belə qar yağmır, buz olmur. Buna görə də anlıq insanlar şok vəziyyətinə düşüb. Sürücülər və sərnişinlərdə də eyni vəziyyət yaranıb. Düzdür, çox adam fərdi nəqliyyat vasitəsindən istifadə etmədi, amma ictimai nəqliyyat işlədi. Əslində qış təkəri sürüşməməlidir sürüşürsə, deməli burada nəsə problem var. Eyni zamanda sürücülərin təcrübəsi də burada çox böyük rol oynayır. Düşünürəm ki, təcrübəli sürücülərdir, yəni bir və ya üç ilin sürücülərini avtobus idarə etsin deyə əyləşdirməzlər. Ancaq qış təkərləri olsaydı, məncə, bu qədər sürüşmələr olmazdı. Ümumiyyətlə, qış gəldi, ya temperatur beş dərəcə aşağı endisə o zaman bütün avtomobillərdə qış təkərləri tətbiq edilməlidir. Adi təkərlər beş dərəcədən aşağı hava olan zaman keyfiyyətini itirir, sərtləşir və ilişkənlik azalır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial
ABŞ İrana "bombaların anası" ilə zərbə endirəcək
10:35 15.10.2026
Dünya
Hollivud ulduzu zorakılıq iddiasına cavab verib
10:20 15.10.2026
Şou
Meloni ABŞ-Rusiya dizel razılaşmasını riskli adlandırıb
10:14 15.10.2026
Gündəm
Bakıda Azərbaycan və İtaliya hərbçilərinin ekspert görüşü keçirilib
10:11 15.10.2026
Hərbi
Tramp: Mediaya məlumat sızdıran məmurlar güllələnməlidir
09:59 15.10.2026
Gündəm