
Avtomobil bazarında durğunluq: Ekspert səbəblərdən danışdı
14:36 09.09.2024
Cəmiyyət
393
Avtomobil bazarlarında aylardır durğunluq yaşanır. Satıcılar bildirirlər ki, bazara həddindən artıq avtomobil gətirilir, bu səbəbdən də satış zəifdir.
Alıcılar isə qiymətlərin baha olduğundan şikayətlənirlər. Ekonom sinif avtomobillərin qiyməti 20 min manatdan yuxarıdır.
İstehsal ili 15 ildən çox olan avtomobillərə isə tələbat azdır.
Rusiya istehsalı avtomobillərə maraq da azalıb. Bir vaxtlar ən çox satılan Almaniya və Rusiya istehsalı maşınlar idi. İndi isə hibrid avtomobillərə tələbat çoxdur.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a deyib ki, avtomobil bazarında durğunluq alıcıların daha çox hibrid və elektrik mühərrikli avtomobillərə üstünlük verməsindən qaynaqlanır:

''Qeyd edilən avtomobillər isə bazarda satılmır. Həmin nəqliyyat vasitələri şirkət mağazalarında, avtosalonlarda müştərilərə təklif olunur. Və yaxud insanlar bunu xaricdən sifariş edərək ala bilərlər. Ona görə də bazarda aylardır durğunluq müşahidə edilir. Qeyd edim ki, böyük həcmli mühərriklərin satışı demək olar, dayanıb. Benzin mühərrikli avtomobillərin isə satışı aşağı düşüb. Ümumi bazarın vəziyyətinə gəlincə, vətəndaşlar hibrid tipli avtomobillər almaq üçün ya istehsalçı şirkətlərin yerli nümayəndələrinə üz tuturlar, ya da özləri sifariş edirlər. Ona görə də bazarda son vaxtlar alıcı qıtlığı görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dialoq dayandırıldı: Tehran Vaşinqtonla bütün kanalları bağladı
17:56 07.04.2026
Dünya
Vens Orbanın seçkilərdə qalib gələcəyinə əmindir
17:11 07.04.2026
Dünya
Tramp: Bu gecə bütün İran yox olacaq
16:45 07.04.2026
Gündəm
SON DƏQİQƏ: İstanbuldakı terrorçuların kimliyi müəyyənləşdi
16:35 07.04.2026
Gündəm
Azərbaycan qonşu ssenarilərə hazır olmalıdır - Osman Gündüz
16:24 07.04.2026
Aktual
ABŞ İranın Xarq adasındakı hərbi obyektlərə hücum edib - YENİLƏNİB
16:16 07.04.2026
Gündəm
ABŞ və İsrail İranın dəmir yolu şəbəkəsini məhv edir - YENİLƏNDİ
16:08 07.04.2026
Dünya
BƏƏ: İran qonşu ölkələrə kompensasiya ödəməlidir
15:56 07.04.2026
Dünya
Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub
15:43 07.04.2026
Gündəm
SEPAH qonşu ölkələri təhdid etdi
15:36 07.04.2026
Gündəm
"Mehr": ABŞ və İsrail İranın Xarq adasına zərbələr endirib
15:20 07.04.2026
Gündəm
İbrahim Tatlısəs xəstəxanaya yerləşdirildi
14:46 07.04.2026
Mədəniyyət
İrana qarşı nüvə silahından istifadə ilə bağlı xəbərdarlıq edildi
14:22 07.04.2026
Gündəm