
Axır ki, bizim millət də çörək istehlakını azaltdı -Araşdırma
Yusif Nəzərli
22:09 31.08.2024
Cəmiyyət
656
Bu son zamanlar əhali arasında yayğın hal almış köklük, şəkərli diabet, ürək-damar xəstəlikləri ilə əlaqəlidir
“Əhali fitnes mərkəzlərinə daha çox meyil etməyə başlayıb. Həkimlərə, dietoloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir”
Ölkədə çörək istehlakı azalıb. Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilir ki, ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Deməli, əhali çörəkdən daha az istifadə etməyə başlayıb. Maraqlıdır ki, məlumatda hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağları, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edildiyi bildirilib. 2023-cü ildə isə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib. Çörəkdən daha az istifadə, kərə yağına nisbətən bitki yağlarından daha çox istifadə hansı səbəblə bağlıdır? Vətəndaşlar arasında keçirilən sorğulardan da aydın olur ki, əksər ailələr çörəkdən istifadəni minimuma endirib. Səbəb tək qənaət deyil, həm də sağlamlıqdır. Çörəyə tələbatın azalmasının qiymətlərə də təsir edəcəyi bildirilir. Tələb-təklif prinsipi nəzərə alınarsa, tələbat azalırsa, istehsal da azalacaq və belə olduqda qiymət də enməlidir. Lakin bəzi iqtisadçılar bu fikirdədir ki, çörəyə tələbatın azalması qiymət amilinə təsir edə bilməz. Digər tərəfdən, un və çörək istehsalının azalması ölkəyə idxal olunan ərzaqlıq buğdanın qiyməti ilə də bağlıdır. Ona görə də qiymət dəyişikliyi dünya bazarlarında taxılın qiymətinin dəyişməsinə bağlıdır.
İqtisadçı Xalid Kərimli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, çörəyin istehlakının azalması qiymətlə əlaqəli deyil:

- Son 1 ildə dünya bazarlarında ərzaqlıq buğdanın qiyməti 30 faiz azalıb. Yəni qiymət artımı yox, qiymət ucuzlaşması baş verir. Bu tendensiya Azərbaycanda da müşahidə edilir. Ölkəmizdə çörəyin qiyməti il yarımdır ki, enişə doğrudur. 2020-21-ci illərdə çörəyin qiyməti 65, 70 qəpiyədək qalxdı. Sonrakı illərdə və son 1 ildə isə qiymət enməyə başladı. Hazırda çörəyin qiyməti 45-55 arası dəyişir. İstehlakın azalması qiymətlə bağlı deyil. Əhalinin qida rasionunun dəyişməsi ilə bağlıdır. Əhali un və çörək məmulatlarını daha az istehlak etməyə başlayıb. Bu da son zamanlar əhali arasında yayğın hal almış köklük, şəkərli diabet, ürək-damar xəstəlikləri ilə əlaqəlidir. Əhali fitnes mərkəzlərinə daha çox meyl etməyə başlayıb. Həkimlərə, dietoloqlara müraciət edirlər, onlar da un məmulatlarından uzaq durmağı tövsiyə edir. Əslində, bu, müsbət haldır ki, əhali sağlam həyat tərzini seçir. Un məmulatlarından, çörəkdən az istifadə etməyə başlayıb. Ümumiyyətlə, çörəyin istehlakının azalmasına qiymət amili demək olar ki, təsir etmir. Çörək xalqımızın qida rasionunda hər zaman aparıcı roldadı. Çörəyin qiyməti neçə olursa-olsun, ona tələbat azalmır. Sadəcə, müəyyən sağlamlıq problemi ilə üzləşən, artıq çəkidən xilas olmaq istəyənlər çörəyi az istehlak edirlər. Kərə yağı isə bitki yağlarından bir neçə dəfə bahadır. Qida mütəxəssisləri də bitki yağlarına üstünlük verilməsini tövsiyə edir. Baxmayaraq ki, əslində, satışda olan nə kərə yağlarının, nə də bitki yağlarının tərkibi naməlumdur. Yağlardan istifadədə yaranan fərq həm qiymətlə, həm də istehlakçının seçimi ilə bağlıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi