
Azər Allahverənov: Artıq qanunsuz əsaslarla Rusiya ərazisində yaşamaq olduqca çətin olacaq
12:37 07.02.2025
Cəmiyyət
451
Azərbaycanlılar da müəyyən mənada bundan əziyyət çəkə bilər
Rusiya Daxili İşlər Nazirliyi ölkəyə gələn əcnəbilər üçün məcburi şərtləri açıqlayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Federasiyasına daxil olan bütün əcnəbilər, eləcə də artıq uzun müddət onun ərazisində olanlar tibbi müayinədən keçməlidirlər.
Bu tələb ölkədə uzun müddət qalan bütün əcnəbilərə, eləcə də səfər məqsədindən asılı olmayaraq Avrasiya İqtisadi İttifaqı ölkələrinin vətəndaşlarına şamil edilir.
Əcnəbilərdən hər il başqaları üçün təhlükə yaradan bir sıra xəstəliklərin olmadığını təsdiqləmək tələb olunur. Belə bir xəstəlik aşkar edilərsə, əcnəbi sonradan ölkəyə girişinə qadağa qoyulmaqla ölkədən deportasiya edilə bilər.
"Əgər səfərin məqsədi turizmdirsə və əcnəbinin Rusiyada qalma müddəti 3 aydan çox deyilsə, o zaman tibbi müayinə tələb olunmur", - deyə Rusiya Daxili İşlər Nazirliyi bildirir.
"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" ictimai birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Sherg.az”a bildirib ki, 2025-ci ildə Rusiyanın miqrasiya sahəsində bir çox proseslər baş verəcək:

“Bu bilavasitə Rusiya hökumətinin qanunsuz miqrasiya ilə mübarizəyə hədəflənmiş prosesləridir. Yəni Rusiya Federasiyası çalışır ki, müxtəlif yollarla və nisbətən daha sərt qaydaları tətbiq etməklə ölkə ərazisində olan qanunsuz miqrantların sayının azalmasına nail olsun. Həmçinin müxtəlif mənbələrdə müxtəlif dairələr tərəfindən qanunsuz yaşayan miqrantların sayının təqribən iki milyondan dörd milyona qədər olduğu bildirilir. Rusiya Federasiyasında bu təbii ki, çox böyük bir rəqəmdir. Bir neçə il bundan öncə bu rəqəm səsləndirilmişdi. İndi ola bilsin ki, bu rəqəm bir qədər azalmış olsun. Amma istənilən halda ən azı yüz minlərlə qanunsuz miqrantın Rusiya Federasiyasının ərazisində yaşadığı bəllidir və onunla effektiv mübarizə aparmaq üçün Rusiya daha sərt qaydalar tətbiq edir. Burada hətta bir sıra qanun layihələri var ki, indi fevralın beşindən qüvvəyə minən, qaydalarla yanaşı digər yeni qanun layihələrində sərtləşdirmə elementlərini görürük. Bu o deməkdir ki, artıq qanunsuz əsaslarla ölkə ərazisində yaşamaq olduqca çətin olacaq. Burada qanunsuz yaşayan miqrantlar üzərində nəzarətin tətbiq olunması, Rusiyanın aid strukturları tərəfindən həyata keçiriləcək. O daktiloskopiya əl izlərinin, barmaq izlərinin götürülməsi, xüsusi nəzarət altında olan miqrantların xüsusi reyestrə daxil edilməsi və tibbi müayinə məsələsini qanuna qoydu. Ölkə ərazisində uzun müddət yaşamaq niyyətində olan şəxslər varsa, söhbət 90 gündən getmir, müxtəlif əsaslar olduğu təqdirdə müvəqqəti yaşama icazəsi icazəsini almaq niyyətində olan şəxslər mütləq tibbi müayinədən keçsinlər. Bu kimi hallar bir də onu göstərir ki, Rusiya qanunvericilikdə həmin yenilikləri tətbiq etməklə, eyni zamanda miqrasiya axınları üzərində öz nəzarətini daha da gücləndirir və qanuni şəkildə ölkə ərazisində olan miqrantların ölkə və cəmiyyət üçün bir fayda verə biləcək zümrə kimi formalaşmasında maraqlıdır. Bunun üçün qanunsuz miqrantlarla mübarizəni gücləndirməklə, eyni zamanda ölkə ərazisində olan, miqrantların daha rahat və leqal şəkildə aşamasına nail olmaq məqsədilə baş verir. Əvvəlki qaydalara biz nəzər saldıqda görürük ki, qaydalar olsa da, belə müəyyən loyallıqlar var idi. İndi artıq bunların hamısı mümkünsüzdür. Ona görə də bu gün sərtləşdirmələr müəyyən ciddi nəzarətin tətbiq olunması, bir qədər insanların diskomfortuna səbəb olan qaydaların işə salınması qanunsuz miqrasiya ilə mübarizənin daha effektiv olmasına hədəflənmiş bir prosesdir. Azərbaycanlılar da müəyyən mənada bundan əziyyət çəkə bilər. Çünki bizim də vətəndaşlar arasında qanunsuz əsaslarla Rusiya ərazisində yaşayan şəxslər var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya